Əsas Səhifə > Güney Press / Ana xəbər > Vətəndaş “Azəriqaz”ı məhkəmədə udsa da, qətnaməni ala bilmir
Vətəndaş “Azəriqaz”ı məhkəmədə udsa da, qətnaməni ala bilmir15-12-2014, 15:58 |
|
DİA.AZ: - Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə Qəsəbəsi Axundov kücəsi ev 4-də yaşayan Nağıyev Allahverdi Əli oğlu Ədliyyə naziri Fikrət Məmmədova və bir sıra dövlət qurumlarının başçılarına şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizədə deyilir: “Qızım Nağıyeva Nərgiz Allahverdi qızının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat birliyi Suraxanı Qaz İstismar sahəsindən ixtisarı ilə bağlı iddiamız Bakı Apelyasiya məhkəməsinə MK-nin 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Apelyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 23 iyul 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiamız təmin edilmişdir. Buna görə Hakim Məmmməd Məmmədova təşəkkürümüzü bildiririk. Lakin bu günədək qətnaməni dəfələrlə məhkəməyə getsəm də, ala bilməmişəm. Qətnamənin gecikməsinin dəftərxanada işin çoxluğuyla əlaqədar olduğu bildirilir. Qətnamənin tərtib edilməsi və tərəfə təqdm edilməsi Mülki Prosessual Mcəcəllənin 227-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Xahiş edirəm qətnamənin alınmasında yardımçı olasınız. Qabaqcadan təşəkkür edirəm”. Geri qayıt |