Əsas Səhifə > Güney Press / Ana xəbər > Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxarıb
Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxarıb15-12-2014, 14:07 |
![]() Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb. APA-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur. Geri qayıt |