Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda daha bir reklam fırıldağı...
Bakıda daha bir reklam fırıldağı...12-12-2014, 15:30 |
![]() Azərbaycanda da fəaliyyət göstərən “Taxipixi” şirkəti “Reklam haqqında" Qanunu kobud şəkildə pozub. Arqument.Az xəbər verir ki, şirkətin “Facebook” səhifəsində “Azərbaycanın ən ağıllı, ən yaxın və ən ucuz taksi şirkəti” adlı altında reklamı yerləşdirilib. “Reklam haqqında" Qanunun səkkizinci maddəsində (Qeyri-dəqiq reklam) yazılıb ki, sənədli şəkildə təsdiqlənmədiyi halda “ən”, “yalnız”, “təkcə” və bu kimi digər terminlərdən istifadə edilməsinə icazə verilmir. Ancaq bir neçə aydır ki, Azərbaycanda da fəaliyyətə başlayan “Taxipixi” şirkəti heç nəyə məhəl qoymadan qanunları kobud şəkildə pozur. Kiçik araşdırma apararaq şirkətin rəsmi internet ünvanına da daxil olduq. Orada da şirkətin "ən ağıllı, ən yaxın və ən ucuz" taksi firması olması barədə sənədli-sübutlu heç nəyə rast gəlmədik. Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələyə aydınlıq gətirəcək. Geri qayıt |