Əsas Səhifə > Güney Press / Ana xəbər > "BTB Bank"ın yeni fırıldağı

"BTB Bank"ın yeni fırıldağı


12-12-2014, 13:19
"BTB Bank"ın yeni fırıldağı
Azərbaycan banklarının müştəriləri cəlb etmək üçün istifadə etdiyi üsullardan biri də "faizsiz" kredit kampaniyalarıdır. Belə kampaniyalar zamanı müştərilərə doğrulan da faizsiz kredit təklif edilir. Amma banklar güzəştə getdikləri faizin əvəzini komissiya haqlarında artıqlaması ilə çıxırlar. Belə ki, kredit verilərkən müştərilərdən elə yüksək məbləğdə komissiya haqqı tutulur ki, bu kredit yüksək faizli kreditə çevrilir.

Bu üsula əl atan növbəti bank “Bank BTB” olub. “Bank BTB” Yeni İl münasibətilə kredit məhsulları üzrə endirim kampaniyası elan edib. Bankın yaydığı məlumatda bildirilir ki, dekabrın sonunadək davam edəcək kampaniya zamanı kredit üçün müraciət edən şəxslərə kreditlər illik 0% dərəcəsi ilə veriləcək. Amma əvəzində müştərilər xüsusi komissiya ödəməli olacaqlar. Elə kampaniyanın maraqlı tərəfi də budur.
Məsələ ondadır ki, “Bank BTB” adi vaxtlarda nağd pul kreditini müştərilərinə 28-36%-lə ayırır. Yeni il kampaniyası çərçivəsində isə “Bank BTB”ın kreditləri faizsizdir. Əvəzində bankdan krediti 1 il müdətinə götürən müştərilər kredit məbləğinin 17%-i, 2 illik müddətinə kredit götürənlər 28%, krediti 3 il müddətinə götürənlər isə 38% komissiya haqqı ödəməlidirlər.
Başqa sözlə bankdan 1000 manat krediti 1 illik götürənlər cəmi 830 manata, 2 illik götürənlər 720 manata, 3 illik götürənlər isə cəmi 620 manata sahib olacaqlar. Kreditin müddətini və aylıq ödənişin məbləğini nəzərə alanda “Bank BTB”ın bu kreditləri faktiki olaraq müştərilərə 34%-36%-lə verilir.(fins.az)

Geri qayıt