Əsas Səhifə > Güney Press / Ana xəbər > “Şəki Apellyasiya Məhkəməsi bazara çevrilib”

“Şəki Apellyasiya Məhkəməsi bazara çevrilib”


12-12-2014, 10:42
“Şəki Apellyasiya Məhkəməsi bazara çevrilib”
В«Şəki Appellyasiya Məhkəməsi həqiqətən bu gün əsl bazara çevirilib”. Bu sözü Şəkinin Oxud kəndinin sakini Nərminə Məcidovanın JAM.AZ-a yazdığı məktubundandır.

Məcidova qeyd edir ki, əgər belə olmasaydı ona atasından miras qalmış torpaq sahəsini əlindən alanlara haqq qazandırılmazdır. “1900-cu ildə inşa olunmuş evimin yerləşdyi torpaq sahəsinin ilkin sənədləri məndə olduğu halda, həmin torpaq sahəsinin bir hissəsini Şəki VVADQ Şöbəsinin müdiri Ruhangiz Əfəndiyeva zəbt edib. Şəki Apellyasiya Məhkəməsi öz şəxsi maraqlarını qanunlardan üstün tutaraq, həmin sənədləri nəzərə almadan, R.Əfəndiyevanın sonradan əldə etdiyi saxta sənədlər əsasında, mənim mülkiyyət hüququmu pozub”.

Şəki sakini bildidir ki, bu gün Azərbaycanda ədalət məhkəməsinin olmadığını hamı təsdiqləyə birlər. “Kimin şübhəsi varsa buyursun, yoxlasın. Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılması və onun Şəki Apellyasiya Məhkəməsi haqqında dedikləri isə tam həqiqətdir”.

Geri qayıt