Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı icra başçıları В«başını bəlayaВ» salıb?

Hansı icra başçıları В«başını bəlayaВ» salıb?


10-12-2014, 15:29
Hansı icra başçıları В«başını bəlayaВ» salıb?
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri bir neçə icra başçısının işdən çıxarılmasına səbəb olacaq. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, hakimiyyət dairələri onsuz da seçkiləri ədalətli təşkil etmək və keçirmək fikrində deyil. Amma bu proses xeyli əvvəldir çıxarılması nəzərdə tutulan icra başçılarının başının bəlasına çevriləcək. Ona görə ki, hakimiyyət dairələri həmin icra başçılarını işdən çıxarmaq istəyirdi və bu səbəbdən də əlinə yaxşı fürsət düşəcək.

Xüsusən də başı bəlaya girəcək və işdən çıxarılacaq icra başçıları o şəxslər olacaq ki, onların rəhbəri olduğu rayonlarda seçkilərlə bağlı tənqidi fikirlər beynəlxalq təşkilatların hesabatında yer alacaq. Və bu həmin rayon rəhbərinin fərmanının verilməsi demək olacaq.

Qeyd edək ki, mənbə siyahıda adları olan icra başçıları haqqında bizə xeyli bilgilər verib. Sadəcə, həmin məlumatlarda bəzi dəqiqləşdirilməli məqam var ki, onlara da aydınlıq gətirildikdən sonra oxucuların diqqətinə təqdim olunacaq.

Bu əsnada onu da bildirək ki, işdən çıxarılma halları seçkidən dərhal sonraya təsadüf etməyəcək. Bu prosesin mart ayına qədər davam edəcəyi gözlənilir.

Geri qayıt