Əsas Səhifə > Güney Press / Ana xəbər > В«SovetskiВ» xarabalığından reportaj
В«SovetskiВ» xarabalığından reportaj10-12-2014, 13:40 |
![]() В«SovetskiВ»də söküntü işləri davam edir. Təklif edilən pullarla razılaşmayan sakinlər hələ də gözləyir. Bəzi küçələrdəki evlər sökülsə də, yerdə qalan məhəllələrə toxunulmayıb. Sökülən evlər isə xarabalığı xatırladır. Sınmış, dağıdılmış qapı-pəncərə çərçivələri, qırılmış şüşələr, uçulmuş divarlar, qapısı olub, həyəti olmayan evlər göz önündə acı mənzərə kimi durur. Fazil Əliyev adlı ( ad şərtidir – red ) В«SovetskiВ» sakininin sözlərinə görə, söküntülər zamanı böyük fırıldaqlar edilir: В«Bizim evlərin kvadratmetrinə 1500 manat pul təklif edirlər. Biz bununla razılaşmırıq. Bunu hamı bilir. Köçənlər də var. Amma onlar azlıq təşkil edir. Ancaq yolun kənarındakı evlər köçüb və onlar sökülür. Aşağı məhəllələrdən isə köçən yoxdur. Köçən də deyillər. Çünki onlar bizi aldada bilməzlər. Məsələ burasındadır ki, evləri qiymətləndirəndə həyətləri nəzərə almırlar. Evin hər tərəfinə müxtəlif qiymətlər təyin edirlər. Tutaq ki, mən evimi onlara satdım. Onlar da evimi sökdülər. İndi mənim evimin torpağını da müxtəlif qiymətlərlə şirkətlərə satacaqlar? Təbii ki, yox. Torpağı sotlarla satacaqlar. Hər sotunu da milyonlara...В» Həmsöhbətimiz deyir ki, onlar köçməmək üçün mübarizə aparırlar: В«Küçələrdə gəzəndə adam özünü Suriyada hiss edir. Sanki müharibə gedir və bura bomba düşüb. Əslində belə də demək olar. В«SovetskiВ»də yaşam müharibəsi gedir. Köçməmək üçün mübarizə aparırıq. O qədər aksiyalar keçirmişik, etirazlar etmişik. Bəzilərimiz tutulub, amma geri çəkilən deyilik. Bizə sərf edən, haqqımız olan pulumuzu verməsələr, yolumuzdan dönən deyilik. Bunlar əslində bizdən çəkinirlər. Çünki bilirlər ki, biz aksiya keçirəndə necə olur. Onlar 15 min insanın toplaşdığı müxalifət aksiyasına razı olarlar, amma 5 min В«SovetskiВ» sakininin mitinq etməsini istəməzlər. Bilirlər ki, bizim heç nə vecimizə deyil. Müxalifətin mitinqlərində camaatı vururlar da, itələyirlər də, tuturlar da. Aksiya iştirakçıları isə sadəcə şüar qışqırırlar. Biz isə elə şeyləri bilmirik. Biz o cür mitinqlər edən deyilik. Bizə В«SovetskiВ»də toxunan olsa, cavabını artıqlaması ilə alacaqВ». F.Əliyevin sözlərinə görə, onları kimsə zorla evindən çıxarmağa çalışarsa, mütləq qarşıdurma yaşanacaq: В«Elə adamlar var ki, türmədə yatıblar. Həyatlarından beziblər. İtirəcəkləri heç nə yoxdur. Polis ona və ya yaxınlarına kobudluq edərsə, cavab verəcəklər. Bunu onlar da yaxşı bilirlər. Heç kimi evindən zorla bayıra ata bilməzlər. Bilirik ki, hazırda sökülən evlərin yerinə hündürmətbəli binalar tikəcəklər. Toxunulmayan məhəllələrdə park salınacaq. Əgər bu layihəni yerinə yetirmək istəyirlərsə, pulumuzu düzgün versinlərВ». F. Əliyev bunu da qeyd etdi ki, əgər onların tələb etdikləri kompensasiyalar ödənilsə, evlərini satacaqlar. Əgər istədikləri məbləğ ödənilməsə, heç kim В«SovetskiВ»dən çıxan deyil: В«Mənim 2 sot torpağım var. Haqqımızı düzgün versinlər, mən də evimi satım. Həyətə görə pul vermirlər. Mən 2 sot torpağımın üstündə 10 kvadratmetrlik ev tiksəydim, 15 min manat verəcəkdilər? Belə şey olmaz. Mənim 50 yaşım var. Burada doğulmuşam. Mənim atam da, babam da burada yaşayıb. Tariximi qoyub gedəcəm. Bu asan şey deyil. Gedib Əhmədlidə yaşayası deyiləmВ». \\ musavat.com \\ Geri qayıt |