Əsas Səhifə > Güney Press / Ana xəbər > ““Tikinti boss”ları ucuz evlər tikib, baha satırlar”

““Tikinti boss”ları ucuz evlər tikib, baha satırlar”


10-12-2014, 13:24
““Tikinti boss”ları ucuz evlər tikib, baha satırlar”
“Əksər tikinti şirkətləri öz işlərini düzgün qura bilmirlər. Bu səbəbdən daşınmaz əmlak bazarında ciddi qiymət artımı müşahidə olunur”.

Bu sözləri Editor.az-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı söyləyib.

Onun sözlərinə görə, bina inşa edən sahibkarlar xərclərini mimimuma endirməyə çalışır: “Mənzillər hazır vəziyyətə gəldikdən sonra isə onu baha qiymətə satmağa çalışırlar. Elə etmək istəyirlər ki, gəlirləri daha çox olsun. Hesab edirəm ki, onların qiymət siyasəti düzgün deyil. Yaxşı olar ki, sahibkarlar əldə etdiyi gəlirin bir hissəsini daışnmaz əmlak bazarının canlanmasına sərf etsinlər. Vaxtilə digər ölkələrdə də “tikinti bumu” olsa da, hazırda onlar qiymət siyasətini daha düzgün tənzimləyirlər. Sosial ipoteka və digər yollarla hökumət əhalinin ev almaq imkanlarını asanlaşdırır. Bu da heç şübhəsiz bazarda rəqabət meyllərinin yaranmasına, nəticədə qiymətlərin enməsinə gətirib çıxarır. Əlbəttə, yeni tikililərdə qiymətlər bahadırsa, digər kateqoriyadan olan ev və torpaqlarda da qiymətlər baha olacaq. Buna təbii yanaşmaq lazımdır”.

Geri qayıt