Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni mətbuatı itkilərini təsdiqlədi: 4 əsgər ölüb
Erməni mətbuatı itkilərini təsdiqlədi: 4 əsgər ölüb9-12-2014, 12:38 |
![]() Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, dekabrın 8-i gecə saatlarında cəbhə xəttinin cənub istiqamətində erməni kəşfiyyat qrupunun məhv edildiyini bildirib. JAM.AZ xəbər verir ki, nazirliyin məlumatında düşmənin xeyli sayda itki verdiyi ve geri çəkildiyi vurğulanır. Lakin itkilərin sayının konkret olaraq nə qədər olduğu barədə heç bir açıqlama yoxdur. JAM.AZ xəbər verir ki, artıq erməni mətbuatı Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiqləməyə başlayıb. “Aravot” qəzetinin yaydığı məlumata görə, dünən gecə cəbhə xəttində vəziyyət gərgin olub və 4 erməni əsgəri öldürülüb. Lakin qəzet bunu fərqli şəkildə təqdim edib və iddia olunub ki, guya, hücuma keçən tərəf Azərbaycan Ordusu olub. Aydın məsələdir ki, ermənilər bununla təbliğat aparırlar və ənənəvi olaraq günahı bizim üzərimizə qoymağa çalışırlar. Lakin Azərbaycandakı hərbi mənbələrdən sızan bilgilərə görə, dünən gecə baş vermiş atışmada 7 erməni əsgəri öldürülüb. Onların sayının 11 nəfər olduğu müəyyən edilib. Lakin 4 nəfəri aradan çıxa bilib. Onların kəşfiyyat-təxribat qrupu olduğu isə qəti şübhə doğurmur. Geri qayıt |