Əsas Səhifə > Güney Press / Ana xəbər > “Akif Muradverdiyev əfv ərizəsi yazıb”
“Akif Muradverdiyev əfv ərizəsi yazıb”9-12-2014, 11:21 |
|
“Kimlərin əfv olunacağını biz deyə bilmərik”. Bunu Hafta.az-a açıqlamasında İşçi Qrupun üzvü Novella Cəfəroğlu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv fərmanına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, 31 dekabr ərəfəsində əfv ehtimalı böyükdür: “Bu ilin sonunda əfv fərmanının olacağına ümid edirik. İnşallah olar. Biz əlimizdən gələni edirik. Həbsxanada olan dustaqlarımızın azadlığa çıxması ilə bağlı çalışırıq. Konkret kimlərin əfv olunacağını isə zaman göstərəcək. Bizdən asılı deyil. Ölkə başçısı hər il Yeni il və həmrəylik günü ilə bağlı əfv fərmanı imzalayır”. Novella Cəfəroğlu keçmiş səhiyyə naziri Əli İnsanovla Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin bağışlanmasına da münasibət bildirib: “Həm Akif Muradverdiyev, həm də Əli İnsanovun bağışlanması ilə bağlı məsələləri qaldırmışıq. Akif Muradverdiyev növbəti əfv fərmanına düşməsi üçün bağışlanması haqqında ərizə yazıb. Əli İnsanovun isə doqquz ayı qalıb. Bu haqda Avropa Şurasına və Əfv Komissiyasına, digər aidiyyəti qurumlara məktub göndərmişik. Ümid edirik ki, yaxşı olacaq. Yenə deyirəm, biz onların azadlığa çıxması üçün şərait yaradılması üçün əlimizdən gələni etmişik”. Xatırladaq ki, ölkə başçısı İlham Əliyev tərəfindən sonuncu əfv fərmanı 24 oktyabr 2014-cü ildə imzalanıb. Geri qayıt |