Əsas Səhifə > Güney Press / Ana xəbər > Pirverdiyevin müavinləri və idarə rəisləri “bosslarına“ asi olublar
Pirverdiyevin müavinləri və idarə rəisləri “bosslarına“ asi olublar8-12-2014, 12:09 |
![]() "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin öz tələbə dostuna geniş səlahiyyət verməsi müavinlərini belə qəzəbləndirib. "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin apardığı islahat cidd narazılığa səbəb olub. Bu barədə "Reytinq" qəzetinə "Azərenerji"nin adının çəkilməsinin istəməyən əməkdaşlarından biri məlumat verib. Mənbənin bildirdiyinə görə Pirverdiyevin apardığı islahat müavinlərini oyundankənar vəziyyətə salsa da, onunla işləyən tələbə yoldaşları və Məhərrəm adlı köməkçisinin mövqelərini gücləndirib: "Etibar Pirverdiyevin "Azərenerji"də ciddi söz sahibi olan tələbə yoldaşı Əbülfət Kamilovun mövqelərini möhkəmləndirən addımı artıq bu qurumda peşəkarların səbr kasasını daşırıb. Birmənalı şəkildə demək olar ki, bu prosesdən ən qazanclı çıxan Pirverdiyevin tələbə yoldaşı Əbülfət Kamilovla köməkçisi Məhərrəm oldu. Hətta iş o yerə çatıb ki, Etibar Pirverdiyevin müavinləri də bu struktur islahatına münasibət bildirməməklə, etirzalarını passiv formada nümayiş etdiriblər". Mənbənin sözlərinə görə, E.Pirverdiyevin son addəmı "Azenko"nun Aşağı Gəırginlikli Elektrik Verlişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin rəisi vəzifəsində işləyən Ə.Kamilovu ölkənin energetika sahəsində ciddi fiqura çevirib: "Etibar Pirverdiyev son islahata qədər Mehman Şamilovun rəis olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəis olduğu Yüksək Gərginlikli Elektrik Verlişi Xətlərinin Quraşdırılması İdarəsini, gürcü əsilli Ronaldın rəis olduğu Aşağı Gərginlikli Elektrik Verlişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsini bir əmrlə ləvğ etdi". Elə ən maraqlı proses də bundan sonra başlayıb. E.Pirverdiyev peşekarları bir tərəfə qoyaraq, ləvğ edilən idarələrin bazasında yaratdığı yeni quruma tələbə yoldaşı Əbülfət Kamilovu rəis təyin edib. Hansı ki, Ə.Kamilov Rusiyada təhsil almış peşekar energeteik M.Kamilov, E.Əhmədov, Ronaldla müqayisə edilməyəcək qədər qeyri-peşekardır. "Onun yeganə üstünlüyü özünün E.Pirverdiyevlə tələbə yoldaşı, həyat yoldaşlarının isə rəfiqə olmasıdır", deyə mənbə bildirir. Həmçinin "Azərenerji"nin əməkdaşı bildirib ki, ləvğ edilən idarənin peşekarlar kadrları Ə. Kamilova qarşı üsyan etmək həddinə çatdırıblar: "Onlar yeni rəis və onun əvvəlki əsas adamı olan Mircəlal ilə rahat atmosferdə işləyəcəklərinə əmin deyillər.Ona görə də hər an böyük etiraz dalğası başlaya bilər. Etibar Pirverdiyevin köməkçisi Məhərrəm isə bunu bilir və bu məsələlərin gərginləşməsində "Azərenerji"dəki bəzi vəzifəli şəxslərdən şübhələnir". Hazırda "Azərenerji"də E.Pirverdiyevin köməkçisi Məhərrəm, tələbə yoldaşı Ə.Kamilov, "Sumqayıtelektrikşəbəkə" ASC-nin rəisi Saleh Məmmədovun çox böyük statusa sahibləndiklərini deyən mənbəmizin sözlərinə görə, artıq peşekarlar bununla barışmaq niyyətindəd eyillər: "Baxmayaraq ki, Pirverdiyev və onun yaxın ətrafı indidən narahat olmağa və hər adamdan şübhə edib, onu bəri başdam zərərsizləşdirməyə çalışırlar. Lakin onların bu cəhdinin fayda verəcəyini düşünmürəm". Yazıda adı hallanan şəxslərin də mövqeyini verməyə hazırırq. Geri qayıt |