Əsas Səhifə > Güney Press / Ana xəbər > Kreml bu azərbaycanlıları AST Telmana görə hədəfə alıbmış
Kreml bu azərbaycanlıları AST Telmana görə hədəfə alıbmış8-12-2014, 09:08 |
![]() Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarax İliyevə artıq Rusiyada heç bir təhlükə yoxdur. Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Mətbuatın iddiasına görə, hər iki milyarderin bir vədələr Telman İsmayılova yaxın olması səbəbindən onlara qarşı KİV-də şübhələr yaranıb. Amma azərbaycanlı milyarderlər artıq Putin administrasiyasına özlərinin təhlükəli olmadığını göstərə biliblər. Həmçinin Nisanov və İliyev Rusiyada kifayət qədər təmiz fəaliyyətlə məşğul olduqlarını sübut ediblər. Vurğulanıb ki, daha onlara qarşı Telman İsmayılova görə heç bir təzyiq olmayacaq. Qeyd edək ki, Qod Nisanov və Zarax İliyev Qubanın Qırmızı qəsəbəsində anadan olublar. Dağ yəhudilərindən olan biznesmenlər “Yevropesyski” Ticarət Mərkəzi, “Ukraina” mehmanxanası, “Kiyevski Ploşad” şirkətinin sahibidirlər. Mətbuat onların hər ikisinin Telman İsmayılovla yaxşı əlaqələrə malik olduqlarını söyləyir. Qod Nisanov və Zarax İliyev Çerkizov bazarının yaradıcılarından hesab olunurlar. Geri qayıt |