Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş kənd təsərrüfatı naziri həbs xəbərindən danışdı

Keçmiş kənd təsərrüfatı naziri həbs xəbərindən danışdı


5-12-2014, 14:39
Keçmiş kənd təsərrüfatı naziri həbs xəbərindən danışdı
“Məni hər hansı istintaqa cəlb etməyiblər, prokurorluğa və ya başqa hüquq mühafizə orqanına ifadə verməyə çağırılmamışam”. Sabiq kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İrşad Əliyev dekabrın 5-də “Media forum” saytına açıqlamasında belə deyib.

2012-2014-cü illərdə Kürdəmirin icra başçısı olmuş İrşad Əliyev bildirib ki, Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun bəzi hissələrinin keyfiyyətsiz çəkilməsinə görə araşdırma aparılır, amma cinayət işinin açılması və həbs edilənlərin olması haqda məlumat doğru deyil: “Mənim eşitdiymə görə, yolun bəzi hissələrinin keyfiyyətsiz olması araşdırılır. Kimin günahı varsa, yəqin cəzasını alacaq”.

İrşad Əliyev qeyd edib ki, Kürdəmirin icra başçısı olduğu dövrdə korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı barışmaz mövqe tutub: “Mənimlə birlikdə işləyən insanların korrupsiya və rüşvətxorluğa yol verdiklərinə inanmıram. Məsələ ondadır ki, Kürdəmir-Mollakənd-Carlı yolu şoran torpaqlardan, gölməçələrdən keçir. Yalnız Kürdəmir ərazisində deyil, o bölgədə çəkilən başqa yollarda da tez-tez çökmələr baş verir.

Kürdəmir-İmişli avtomobil yolu ikinci kateqoriyalıdır, amma çəkilməsindən iki-üç il sonra orada da çökmə baş vermişdi. Daha aşağı kateqoriyalı Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun hansısa hissələrində çökmə olması mümkündür. Bu, ərazinin quruluşu, qrunt sularının çoxluğu ilə bağlıdır”.

Geri qayıt