Əsas Səhifə > Güney Press / Ana xəbər > "Dekabr ayının sonunda əfv fərmanı imzalanacaq"
"Dekabr ayının sonunda əfv fərmanı imzalanacaq"2-12-2014, 11:33 |
![]() “Əfv məsələsi gündəmdədir. Hazırda işçi qrupu sənədləri hazırlayır”. diaaz.space xəbər verir ki, bu haqda modern.az saytına açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Hüquq müdafiəçisi onların hazırladığı siyahıda çox sayda məhbusun adının olduğunu bildirib: “Siyahıda olanların sayı çoxdur, ad çəkmək istəmirəm. Çünki bizim hazırladığımız siyahı ilə əfv olunacaqların siyahısı üst-üstə düşməyə bilər. Həm də ad çəkməklə birini sevindirib, digərinin könlünü qırmaq istəmirəm. Amma böyük ehtimalla, ümid edirik ki, dekabr ayının sonunda əfv olacaq”. Geri qayıt |