Əsas Səhifə > Güney Press / Ana xəbər > Bağçada körpə qıza mənəvi işgəncə
Bağçada körpə qıza mənəvi işgəncə1-12-2014, 14:53 |
![]() Bakının uşaq bağçalarından birində yaşanan bu olay İnternetdə də yayılıb. diaaz.space milli.az-a istinadən xəbər verir ki, tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və “nənəmi istəyirəm” deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: “Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır”, - deyir. Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir. Məsəyə münasibət öyrənmək üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Sektorunun müdiri Nərminə Alnağıyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məkəbəqədər təhsil müəssisələrində tabeçilik qaydası dəyişdirildiyi üçün orada baş verənlərlə bağlı Təhsil Nazirliyi cavabdeh deyil. Paytaxtdakı bütün uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olduğunu bildirdi. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov isə bildirib ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar. VİDEO BURADA Geri qayıt |