Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyənin “Milyarderlər Klubu”nda iki azərbaycanlı
Türkiyənin “Milyarderlər Klubu”nda iki azərbaycanlı1-12-2014, 14:33 |
![]() Türkiyənin “Hürriyyət” qəzeti ölkənin milyarderlərinin siyahısını açıqlayıb. 22 nəfərlik siyahıda əslən Azərbaycandan olan iki milyarder də var. JAM.AZ xəbər verir ki, qardaş ölkənin “Milyarderlər Klubu”nun reytinqində ilk yeri 3.3 mlrd. dollar sərvətlə Murat Ülker Yıldız Holdingin rəhbəri Murat Ülkər tutur. Sıralamada ikinci yeri 3.3 milyard dollarla Şarık Tara ENKA-nın qurucusu Şarık Tara tutur. Üçüncü sırada qərarlaşan Fiba Holdingin rəhbəri Hüsnü Özyeğinin isə 3 milyard dollar var. Bildirək ki, həmin “klub”da iki Azərbaycan əsilli milyarder də var. Onlardan biri Mübariz Mənsimovdur. Masallı rayonunun Miyankü kəndində dünyaya gəlmiş “Palmali” Holdinqin rəhbərinin 1.3 milyard dollar sərvəti olduğu qeyd olunur və 18-ci sırada qərarlaşıb. Bir digər Azərbaycan əsilli milyarder isə Əli Ağaoğludur. 11-ci sırada qərarlaşmış “Ağaoğlu” Holdinqin rəhbərinin 1.55 milyard dollar pulu var. Qeyd edək ki, Türkiyənin ən varlı ailələri sırasında Şehenk və Koç ailəsinin üzvləri üstünlük təşkil edir. Belə ki, bu ailələrin ayrı-ayrı fərdlərinin üst-üstə 15-20 milyard dollar pulları var. Geri qayıt |