Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı qəhrəmanın qəbrini erməni polkovniki qoruyur?

Azərbaycanlı qəhrəmanın qəbrini erməni polkovniki qoruyur?


1-12-2014, 11:05
Azərbaycanlı qəhrəmanın qəbrini erməni polkovniki qoruyur?
Allahverdi Bağırovun qəbri erməni polkovnikinə görə dağıdılmayıb.

Axar.az xəbər verir ki, bu sözlər Feysbukda “Karabakh War Pictures” səhifəsində yer alıb.

Səhifə rəhbərləri Hasil Piriyev adlı şəxsin məlumatlarına istinadlanaraq yazıb:

"Vitya" ləqəbli erməni polkovnik Vitali Balasanyanla Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırov Rusiyadakı hərbi hissələrdən birində bir yerdə qulluq etmiş və ruslara qan uddurmuşdular. Ruslar bu iki dostu "Qafqazski volki" deyə çağırırmış. Qarabağ döyüşlərində Vitya Azərbaycan radiostansiyasında Allahverdinin səsini eşidib tanıyır və onunla görüşmək qərarına gəlir. Görüş vaxtı onlar onsuz da müharibənin gec-tez qurtaracağını bilib, dostluqlarını əbədi qoruyacaqlarına söz verirlər. Xocalı soyqırımı zamanı onların arası dəysə də, yüzlərlə əsiri Allahverdiyə görə geri qaytaran Vitya bir jest edir. Həmin dövrdə əsirləri güllələmək istəyən erməni qəsbkarları bu hadisəyə görə Vityanı da öldürmək istəmişdilər. Ölümü hələ də müəmmalı qalan Allahverdinin dəfnində Vitya iki nəfərlə iştirak edib. Məzarı üzərində tapılan boş flyaqa və duz-çörək buna dəlalət edirdi. Daha sonralar Ağdam işğal olunduğu üçün Allahverdinin qəbri də erməni əsirliyində qaldı. Vitya isə Allahverdinin qəbrini dağıdan olsa, onu şəxsən öldürəcəyini bəyan etdi. Qeyd edim ki, işğal altında olan Ağdamdakı Şəhidlər Xiyabanında yeganə dağıdılmamış qalan qəbir Allahverdi Bağırovun qəbridir. Bir müddət əvvəl yayılan foto isə qəbrin dağıdılmaması bir yana, hətta ona xüsusi qulluq edildiyini ortaya qoydu”.

Azərbaycanlı qəhrəmanın qəbrini erməni polkovniki qoruyur?
Azərbaycanlı qəhrəmanın qəbrini erməni polkovniki qoruyur?

Geri qayıt