Əsas Səhifə > Güney Press / Ana xəbər > Abşeron polisi “AA” sürücüsünü həbs etdi

Abşeron polisi “AA” sürücüsünü həbs etdi


28-11-2014, 14:04
Abşeron polisi “AA” sürücüsünü həbs etdi
Abşeron polisi piyadanı vurub qaçan sürücünü saxlayıb.

Hadisə dünən saat 21.30-da Masazır qəsəbəsi ərazisində baş verib. Qəsəbənin Əliağa Vahid küçəsində yaşayan 1978-ci il təvəllüdlü Aydın Abdullayevi naməlum şəxs maşınla vuraraq aradan çıxıb. Qəzada müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Abşeron RPŞ-dən Axar.az-a bildirilib ki, aparlan əməliyyat axtarış tədbirləri nəticəsində sürücünün kimliyi müəyyənləşdirilib və "Qurtuluş" yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Nəsir İslam oğlu Quliyev saxlanılıb. O, hadisəni özünə məxsus "Honda" markalı 01 AA 541 nömrə nişanlı avtomobillə törədib.

Sürücü bu gecə həbs olunub.

Geri qayıt