Əsas Səhifə > Güney Press / Ana xəbər > Başçısı yeni olan Şəmkirin köhnə dərdləri - DONURLAR...
Başçısı yeni olan Şəmkirin köhnə dərdləri - DONURLAR...27-11-2014, 09:32 |
![]() Şəmkir rayonu, Qaracaəmirli kənd sakinləri Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az )-a zəng edərək bildiriblər ki, yaşadıqları kəndin xəstəxanasında istilik və yanacaq olmadığı üçün həkimlər işə çıxmırlar. Ona görə də kəndin xəstələri müraciət üçün rayon mərkəzinə getməyə məcbur olurlar. Kənd xəstəxanasının baş həkimi Lilpar Piriyeva, ümumiyyətlə, işdə tapılmır. Bütün bunlara aydınlıq gətirmək üçün Lilpar Əliyeva ilə dəfələrlər telefon əlaqəsi yartamağa çalışsaq da baş həkimin telefonu cavab vermədi. Sonda Şəmkir rayon mərkəzi xəstəxanasının baş həkimi Nurəddin Əhmədovla telefon əlaqəsi saxladıq. Rayonun baş həkimi həqiqətən də Qaracaəmirli kənd xəstəxanasında istilik olmadığını etiraf etdi: “Bəli, kənd xəstəxanasında istilik sistemi işləmir. Ona görə problem var”. Müxbirimizin, “Bəs, nə üçün tədbir görmürsünüz” sualına baş həkim belə cavab verdib: “Təzə icra başçımız həmin xəstəxanada olub…vəziyyət tezliklə düzələcək..”. Geri qayıt |