Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərsun” Masallıda 100 hektar ərazini niyə alıb?

“Azərsun” Masallıda 100 hektar ərazini niyə alıb?


24-11-2014, 16:18
“Azərsun” Masallıda 100 hektar ərazini niyə alıb?
Adı son günlər qalmaqallarda hallanan ölkənin ən böyük şirkətlərindən biri olan “Azərsun Holdinq”in daha bir alış-verişinin üstü açılıb. JAM.AZ xəbər verir ki, Hövsanda Zeytun bağlarını kütləvi şəkildə qıran holdinqin, Masallı rayonunda da iri torpaq sahələri varmış.

Məlumata görə, holdinq rayonun Qızılağac kəndinin yaxınlığında, Vilaş çayının sahilində 100 hektar ərazi alıb. Alış-veriş prosesi isə bir neçə il əvvələ təsadüf edir. JAM.AZ-a daxil olan məlumata görə, “Azərsun” rəhbərliyi bu alqı-satqını yeli İcra Hakimiyyəti ilə həyata keçirib. Lakin sonradan məlum olub ki, həmin alınan ərazilərdə kənd sakinlərinə məxsusu paybəlli torpaqlar da var. Amma problemin hansı şəkildə həllini tapdığı məlum deyil.

Bu əsnada torpaqlar alınan zaman rayonda söz-söhbətlər də dolaşıb. Belə ki, gəzən şayələrə görə, “Azərsun Holdinq” bu əraziləri yeni kənd salmaq məqsədi ilə edir və guya, ora Şimali İraqdan kürd ailələr gətirmək niyyətindədir. Bu şayələr o zaman yayılmışdı ki, Lerikdə də analoji addımların SOCAR tərəfindən atıldığına dair iddialar var idi. Lakin SOCAR-la bağlı məlumatlar təsdiqnin tapmadı.

“Azərsun”un Qızılağac kəndi yaxınlığında 100 hektar ərazini alması və orada heç bir iş görməməsi isə müəmmalıdır. Hər halda külli miqdarda vəsait xərcləyib bu torpaqlara sahib olsa da, istifadəsiz saxlaması qəribə görünür. Ehtimal var ki, həmin ərazilərdə şəkər çüğunduru və ya günəbaxan əkiləcək. Amma bir neçə ildir heç bir əkin işi aparılmamaqdadır.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt