Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu

Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu


24-11-2014, 14:15
Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu
Sumqayıt şəhərində evləri su basıb.

Bu barədə ANS PRESS-in “qaynar xətti”nə sakinlər şikayət ediblər.

Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub.

“Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”, - deyə Elmar Salamov adlı şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin verdiyi məlumata görə, problem araşdırılacaq.

“İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”, - deyə Sahib Quliyev bildirib.


Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu
Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu
Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu
Eldar Əzizovun Sumqayıtı sel sularına təslim oldu
Geri qayıt