Əsas Səhifə > Güney Press / Ana xəbər > Mirqafar Seyidov bütün bölməni narkodispanserə apardı
Mirqafar Seyidov bütün bölməni narkodispanserə apardı21-11-2014, 14:22 |
![]() Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov paytaxt polisinin fəaliyyətini araşdırmağa davam edir. Publika.az-a daxil olan məlumata görə, BŞBPİ-nin yeni rəisi bir neçə gün öncə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində olub. İddiaya görə, qəfil bölmənin binasına gələn Mirqafar Seyidov polis əməkdaşlarına 2 iritutumlu avtobusa minmələrini əmr edib. Çaşbaş qalan, nəyin baş verdiyini anlamayan bölmənin bütün şəxsi heyəti general-mayorun göstərişinə əməl etməli olublar. Verilən məlumatda bildirilir ki, Mirqafar Seyidov 25-ci polis bölməsinin əməkdaşlarını qan analizi vermələri üçün özü ilə birlikdə Respublika Narkoloji Dispanserə aparıb. Ciddi nəzarət altında baş tutan analizin nəticələri barədə məlumat verilməyib. BBŞPİ-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur. “Əgər belə bir yoxlama olubsa, nəticələri açıqlanacaq”. Geri qayıt |