Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıdakı motel otağında intiharın ŞOK TƏFƏRRÜATLARI

Bakıdakı motel otağında intiharın ŞOK TƏFƏRRÜATLARI


21-11-2014, 10:56
Bakıdakı motel otağında intiharın ŞOK TƏFƏRRÜATLARI
Ötən gecə Binəqədi rayonunda yerləşən "Vulkan" motelində baş verən hadisə zamanı qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi məlum olub. Binəqədi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Şükürova Afaq Rafiq qızının özünü asaraq intihar etdiyi ortaya çıxıb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatas görə, A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Ötən gecə "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır. Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun A.Şükürovanın ölümündə nə dərəcədə iştirak edib-etmədiyi araşdırılır.

***

Moteldə baş verən ölüm hadisəsinin faciəli məqamları da bəlli olub. Nəzərinizə çatdıraq ki, asılmış vəziyyətdə tapılan Afaq Şükürova ilə onun yanında olan şəxs yaxın qohumdur. Əvvəllər bir-birini sevən əmiqızı və əmioğlu bir neçə ildən sonra yenidən görüşüb. Qeyd edək ki, qadın əmisioğlunu sevməsinə baxmayaraq, başqasına ərə gedib.
Bir müddətdən sonra görüşən köhnə sevgililər “Vulkan” moteldə 15-16 şüşə müxtəlif növ içki qəbul etdikdən sonra yaxın münasibətdə olublar. Hadisədən sonra özünə gələn qadın etdiklərini özünə bağışlaya bilməyib və özünü asaraq intihar edib. Yanındakı kişi isə şüşə qırıqları ilə biləklərini kəsib. Əmioğlu polis orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma gedir.

Geri qayıt