Əsas Səhifə > Güney Press / Ana xəbər > Əmək Müfəttişliyi Xidməti SOCAR-ı ittiham edir?

Əmək Müfəttişliyi Xidməti SOCAR-ı ittiham edir?


20-11-2014, 15:04
Əmək Müfəttişliyi Xidməti SOCAR-ı ittiham edir?
7 noyabrda qafqaznews.org saytında “SOCAR Həmkarlara mətbuatla əlaqəni qadağan elədi” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə SOCAR-ın tərkibinə daxil olan “Azneft”in Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ ) fəhlələrinin iş zamanı faciəli ölümündən bəhs edirdi.
Xatirlatma üçün bildirək ki, 7 noyabr 2014-cü ildə SOCAR-ın mətbuat xidməti N.Nərimanov adına NQÇİ-nin 310 və 312 saylı meydançaları arasındakı estakadada qəza olduğu barədə məlumat yaymışdı. Məlumata görə, qəza zamanı 250 mm diametrli neft borusu partlayıb. Qəzanın qarşısını almaq üçün NQÇİ-nin 5 fəhləsi 307 saylı meydançaya gediblər. Fəhlələr təmir işləri apararkən qəzalı meydança çöküb və fəhlələr dənizə düşüblər. Operativ-xilasetmə tədbirləri nəticəsində fəhlələrdən 4-ü xilas olub, 1-i isə həlak olub. Saat 11:30-da həlak olmuş fəhlənin meyidi tapılıb.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl də N.Nərimanov adına NQÇİ-də faciə baş vermişdi.
SOCAR-ın yaydığı məlumata görə, 23 oktyabrda saat 12:00 radələrində “Azneft”ə məxsus N.Nərimanov adına NQÇİ-nin 441 saylı meydançası təmir vaxtı uçub və ordakı fəhlələr dənizə düşüblər. Və qəza nəticəsində 3 fəhlə həlak olub.
Əmək hüququ üzrə mütəxəssis Azər Quliyev müxbirimizə bildirb ki, iş yerlərindəki şəraitlə bağlı məsələlərə Dövlət Əmək Müfəttişliyi Xidməti ( DƏMX ) nəzarət edir: “ Müəssisələrdə qəza olanda Xidmətin müfəttişləri araşdırma apararaq qəzanın səbəbini müəyyən edirlər. Əgər qəza eyni bir müəssisədə təkrarlanarsa, sistematik xarakter alarsa, onda DƏMX bütün müəssisədə əmək təhlükəsizliyi şərtlərini mütləq yoxlamalıdır”.
DƏMX-in hüquq şöbəsinin müdiri Fuad Heydərov isə müxbirimizə bildirib ki, onların idarəsi mütəmadi olaraq müəssisələrdə yoxlamalat aparır.
Müxbirimizin “Bəs onda niyə Nərimanov adına NQÇİ-də qəzalar, faciəli ölümlər təkrarlanır? Nə üçün fəhlələri qəzalı meydançaya göndərirlər” sualını Fuad Heydərov belə şərh eləyib: “ DƏMX bütün müəssisələri nəzarətdə saxlaya bilmir. Biz NQÇİ-nin rəhbərliyinə fəhlələri qəzalı meydançaya göndərməyi qadağan edə bilmərik”.

Geri qayıt