Əsas Səhifə > Güney Press / Ana xəbər > Səhiyyəmizin "Atlas"ında fərli həkim tapmaq çətindir...
Səhiyyəmizin "Atlas"ında fərli həkim tapmaq çətindir...20-11-2014, 15:01 |
![]() Bahalı firma dərmanlarının təyinatı, qanunsuz orqan köçürməsi və s. Bu kimi neqativ hallar respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələrinin əsas iş prinsipləridir desək, yanılmarıq. Dövlət xəstəxanalarından təcrübəli, səriştəli həkimləri “özəlləşdirən” bu klinikalar reklama yetərincə pul xərcləyərək, göstərdikləri tibbi xidmətin keyfiyyətinin, istifadə olunan texnika və avadanlığın səviyyəsinin yüksək olması barədə cəmiyyətdə təsvir formalaşdırmağa çalışırlar. Əslində isə əhali nə baş verdiyini, səhiyyəmizdə cərəyan edən bu mənfi tendensiyaları aydın müşahidə edir və anlayır.Fəaliyyəti tənqidə, ictimai qınağa tuş gələn özəl tibb müəssisələrindən biri də Bakıdakı “Atlas” Tibb Mərkəzidir. Burada tətbiq olunan astronomik qiymətlər narazılıq doğursa da, xəstələr bu ünvana məqsədli şəkildə yönəldilirlər. “Atlas” Medical Center” paytaxtın bir sıra tibb müəssisələrinin həkimləri ilə “səmərəli” biznes əlaqəsi qurub və bu əlaqənin faydasını xəstələr deyil, məhz işbazlar özləri görürlər. Tibb Mərkəzi xəstələrini ora göndərən həkimlərin istiqamətverici xidmətini mükafatlandırır.“Atlas” Tibb Mərkəzində soyğunçuluq elə qəbuldaca başlayır və artan həndəsi silsilə ilə davam edir. Burada müşahidə olunub ki, müştərinin reaksiyasına baxaraq hətta onunla alver edirlər. Pediatrın, nevropatoloqun qəbuluna düşmək isə süni surətdə çətinləşdirilib ki, növbədə qabağa düşmək istəyənlər əlavə pul təklif eləsinlər. Özəl klinikada da bu sayaq rüşvət mexanizmini yaradanlar yaxşı bilirlər ki, yetkin yaşlı insan öz səhhətinin qədrini bilməsə də, uşağı üçün pulunu əsirgəməz. Məlum olduğu kimi, “Atlas” Klinikası Bakıda və Sumqayıtda nəhəng kommersiya strukturlarının sahibi olan Əliyev Heydərə məxsusdur. Onun Sumqayıtdakı eyni adlı klinikasının lisenziyasının vaxtı Səhiyyə Nazirliyi tərəfindən uzadılmayanda, söz yayıldı ki, Bakıdakı tibb mərkəzi də bağlanacaq. Amma gözlənilənlərin əksinə olaraq, Sumqayıtın “Atlas”ı da qanunsuz fəaliyyətini davam etdirməkdədir. Səbəb də bu göstərilirdi ki, nazirin müavinlərindən biri Heydərin “Atlas”ını himayə edir.“Atlas” klinikasında tətbiq olunan qiymətlərin tez-tez tərəddüd etməsi, ödənişin nağd mexanizmi müəssisənin gəlirlərinin vergidən yayınmasına da şərait yaradır ki, bu da ayrıca söhbətin mövzusudur. Ciddi araşdırılması gərəkən məsələlərdən biri də klinikada evtappnaziya əməliyyatının keçirildiyi barədə dolaşan söhbətlərdir. Bu məlumatın dəqiqləşdirilməsi istiqamətində redaksiyamız tərəfindən araşdırma işi aparılır. \\ bizimdovr.az \\ Geri qayıt |