Əsas Səhifə > Güney Press / Ana xəbər > "Aztelekom" rəhbərliyi HUAWAY modemlərindən pul qırır...

"Aztelekom" rəhbərliyi HUAWAY modemlərindən pul qırır...


20-11-2014, 11:31
"Aztelekom" rəhbərliyi HUAWAY modemlərindən pul qırır...
Azərbaycanda əyalət insanlarının internetlə təmin edilməsi üçün indiyə qədər bir xeyli işlər görülüb. Məhz bu işlərin sayəsində bir neçə ilin içində kəndlərdə belə evlərə yüksək sürətli internetin çəkilməsi mümkün olub. Lakin bu prosesi də qazanc yerinə çevriənlə var. Daha doğrusu, artıq məsələ inhisara çevrilib.

JAM.AZ-a daxil olan məlumata görə, Aztelekom İstehsalat Biriliyi tərəfindən həyata keçirilən prosesdə inhisarın ilkin işartıları görünməyə başlayıb. Belə ki, Birlik evlərə çəkilən internetin qoşulmasını təmin edən modemləri əhaliyə baha qiymətə satmaqla məşğuldur.

Məlumatda qeyd olunur ki, Çinin HUAWAY şirkəti ilə anlaşaraq, onlarla müqavilə bağlayıb. Həmin şirkətin məhsulu isə eyni adlı modemlərdir. Rayonlarda evlərə çəkilən internet üçün tələb olunan bu avadanlıq abunəçilərə məcburi qaydada verilir. Qiyməti isə bazarda 18 manatlıq həmin modemlər əhaliyə 35 manata sırınır. Və bu modemi deyil, başqasını istəyən və alıb özü evində quraşdıranlara isə Aztelekom İB-nin yerli qurumlarının işçiləri bildirirlər ki, əgər həmin avadanlığı almayanlara internet verilməyəcək.

JAM.AZ-a daxil olan məlumata görə, Aztelekom İB-nin rəsmiləri yerli şöbələrə bu HUAWAY modemlərini 25 manata verirlər. Bazarda 18 manata satılan modemlərdən 7 manat qazanc əldə edirlər. Amma yerli şöbələrin işçiləri həmin modemi əhaliyə 35 manata sataraq, əlavə olaraq 10 manat qazanırlar.

Aldığımız məlumatda qeyd olunur ki, hətta bu vəziyyət ciddi narazılıq yaradıb. Bu günlərədə isə Masallıda hətta etiraz aksiyası da keçirilib. Daha doğrusu, evinə internet çəkdimək istəyən 50-yə yaxın rayon sakini onlara zorla modem satılmasına etiraz olaraq, Aztelekom İB-nin Masallı Qovşağının binası önünə yığışıblar. İşə qovşağın rəhbrəliyi qarışdıqdan sonra ara sakitləşib.

Bu əsnada, JAM.AZ-a daha bir məlumat daxil olub. Həmin məlumata görə, Aztelekom İB Çinin HUAWAY şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkətdən ucuz qiymətə modem alan İB rəhbərliyi onlara pulu Azərbaycanda satışı həyata keçirdikcə ödəyəcəkləri ilə razılaşıblar. Lakin Aztelekom rəhbərliyi qısa müddətdə əhaliyə məcburi qaydada xeyli sayda modem satdığı halda, onların pullarını çinlilərə ödəməyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Geri qayıt