Əsas Səhifə > Güney Press / Ana xəbər > Sakinlərin az qala evlərinin içində "moyka" tikirlər...
Sakinlərin az qala evlərinin içində "moyka" tikirlər...20-11-2014, 09:48 |
![]() Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Dadaş Bünyadzadə küçəsi bina 9-un sakinləri tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətdə bildirilir ki, binanın həyətindəki yaşıllıq sökülüb yerində üçmərtəbəli obyekt tikiblər. Əvvəlcədən vətəndaşları aldadıblar ki, kəsilən ağacların yerində binaya məxsus ofis tikiləcək. Binanın sakinləri bundan yararlana biləcək. Lakin obyekt tikilib qurtarandan sonra aydın olub ki, birinci mərtəbəsi moyka, ikinci mərtəbə çayxana, üçüncü mərtəbə isə bilyard zalı olacaq. Bunu bilən vətəndaşlar etiraz edirlər. Hesab edirlər yaşayış yerində belə bir obyektin fəaliyyət göstərməsi qanunsuzdur. Sakinlər binanın həyətində tikilən obyektə görə narahatdırlar: "Bu qanunsuz tikilidir. Həyəti xarabalığa çevirmək istəyirlər. Bu özbaşınalıqdır. Kimin pulu var meydanda at oynadır. Belə bir obyektin yaşayış yerində tikilməsi çox səhv addımdır. Biz möhtərəm Prezidentimizin qanunlara necə yanaşdığını gözəl bilirik. O, hər şeyi biz vətəndaşların xoş güzəranı üçün edir. Amma bəziləri bundan sui-istifadə edərək, hər şeydən öz mənafeləri üçün istifadə edirlər. Bir-iki ağac var idi. Onları da kəsib atdılar. Bundan sonra istirahətimiz də pozulacaq. Məgər bura moyka yeridir. Hər dəqiqə bir avtomobil binanın həyətinə girəcək. Məktəbə gedən uşaqlarımız var. Camaat işə gedib gəlir. Gediş-gəlişimizi çətinləşdirəcəklər. Yay aylarında görün bu çayxana, bilyard zalı adamla dolu olacaq. Onların əlindən binanın həyətində tərpənmək mümkün olmayacaq. Sakinlərin istirahət hüququ pozulacaq. Xahiş edirik müvafiq qurumlar bu məsələylə maraqlansınlar. Yoxsa bura xarabazara çevriləcək. Nə gələn bəlli olacaq, nə gedən". Qeyd edək ki, bina sakinləri Yasamal Rayon İcra Hakimiyyətini də laqeydlikdə suçlayırlar: "Yaşayış kompleksinin həyətində qanunsuz obyekt tikilir. Lakin icra hakimiyyətinin səlahiyyətli nümayəndələri bir dəfə də olsun gəlib maraqlanmayıblar ki, burada nə baş verir. Yaşayış binasının həyətində tikilən qanunsuz tikiliyə nəzarət edilmir. Başqa vaxt, bir balaca balkon və yaxud hasar artırmaq istəyən olanda, az qalar bütün dövlət qurumları ora yığışsın, ancaq indi heç bir qurumdan xəbər yoxdur. Təəssüf ki, cəzasızlıq səbəbindən kim nə istəyir edir. Bu qanunsuzluqlara son qoyulmalıdır". \\ gundelik-bakı \\ Geri qayıt |