Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qorotdel"in yeni rəisi nazirin işdən çıxardığı şəxsə vəzifə verdi

"Qorotdel"in yeni rəisi nazirin işdən çıxardığı şəxsə vəzifə verdi


19-11-2014, 11:52
"Qorotdel"in yeni rəisi nazirin işdən çıxardığı şəxsə vəzifə verdi
Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni kadr təyinatı olub.

Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir, general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.

Geri qayıt