Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Təhsil İdarəsində növbəti etiraz dalğası

Bakı Təhsil İdarəsində növbəti etiraz dalğası


19-11-2014, 11:47
Bakı Təhsil İdarəsində növbəti etiraz dalğası
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakı Təhsil İdarəsində metodistlərlə idarənin rəhbərliyində təmsil olunan Elnur Əliyev arasında ciddi problem yaranıb. JAM.AZ-a verilmiş məlumatda deyilirdi ki, idarənin Metod Mərkəzinin işçilərinə imtahana 2 gün qalmış bildiriş verilib və onlardan bu imtahanda iştirak etmələri tələb edilib.

Lakin iki gün ərzində belə məsuliyyətli bir prosesə hazırlaşmağın qeyri-mümkün olduğunu və bu imtahan məsələsinin metodistlər üçün qurulmuş tələ olduğunu anlayanlar Elnur Əliyevin hərəkətinə etiraz olaraq, prosesə qatılmayacaqlarını bəyan ediblər. Hətta o da məlum olub ki, təyin edilmiş imtahan üçün verilən bildiriş yetərli qədər qüsurlu hazırlanıb. Onun üzərində yalnız müəllimin adı və imtahan vaxtı qeyd olunub. İmza və möhür isə olmayıb.

Aldığımız son məlumata görə, Bakı Təhsil İdarəsində vəziyyət yenidən qarışmağa başlayıb. Belə ki, Elnur Əliyevin istəyinə qarşı çıxan metodistlərin dərsləri əllərindən alınır və ya xeyli azaldılır.

Verilən məlumatda deyilir ki, Metod Mərkəzinin müəllimlərini yenidən imtahan prosesinə cəlb edib, əksəriyyətini işdən çıxarmçaq fikrində olan Elnur Əliyevə qarşı artan narazılıq, yaxın günlərə bir sıra hadisələrlə müşahidə oluna bilər. Qeyd edilir ki, metodistlər hələlik prezidentə müraciət hazırlayırlar. Bunun ardından isə elə Prezident Admnistrasiyasının qarşısında toplaşacaqlarını bəyan ediblər.

Metodistlər deyirlər ki, Elnur Əliyev JEK müdiri olduğundan Bakı Təhsil İdarəsini də JEK kimi idarə etməyə çatır: “Bu adamın təhsilə heç bir aidiyyatı yoxdur. Onun yeri JEK-dir, gedib orada işləsin. Ağlina nə gəlirsə, onu da edir. Nəticədə zərər təhsilə dəyir. Nazirin “xalaoğlu”su olmaq əlavə üstünlük vermir”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt