Əsas Səhifə > Güney Press / Ana xəbər > Müflisləşmə xəbəri yayılan Hafkadan daha bir israfçı addım...
Müflisləşmə xəbəri yayılan Hafkadan daha bir israfçı addım...17-11-2014, 15:03 |
![]() Azərbaycandakı məmurların və biznesmenlərin xarici ölkələrdə milyonlar xərcləməsi, bahalı şərablar sifariş etməsi barədə dəfələrlə ölkə mətbuatında məlumatlar yer alıb. Xarici ölkələrdə əsasən bahalı içkilərə pul xərcləyən belə şəxslər məlumatın yayılmasından ehtiyyatlanaraq Azərbaycanda bunu etmirlər. Lakin bu günlərdə biznezmenlərdən biri Bakıdakı ən bahalı hotelllərdən olan “Four Seasons”da bir çaxır içmək üçün 5 min manat pul xərcləyib. Bizimxeber.az-a daxil olan məlumata görə, Avropadan gələn 3 qonagı ilə oteldə yeyib-içən Hafiz Məmmədov təxminən 13 min manat hesab ödəyib. Hoteldəki personala yaxşı xidmət göstərdikəri üçün də pul verən H.Məmmədov əlavə olaraq hotel bir neçə min manat da borclu qalıb. Bir neçə gün bu pulu ödəməyən Hafiz Məmmədov sonradan pulu ödəməli olub. Məlumata görə, hesab təxminən 20 min manata yaxın olub. Geri qayıt |