Əsas Səhifə > Güney Press / Ana xəbər > Supermarketlərdə alıcıları necə aldadırlar?

Supermarketlərdə alıcıları necə aldadırlar?


17-11-2014, 12:05
Supermarketlərdə alıcıları necə aldadırlar?
“Paytaxtda fəaliyyət göstərən supermarketlərdə qiymətlər heç də məhəllə marketlərdən ucuz deyil. Sadəcə supermarketlərdə qiymət siyasəti elə ustalıqla həyata keçirilir ki, alıcılarda supermarketlərdə qiymətlərin daha ucuz olmasına dair qənaət formalaşır”.

Bu sözləri Editor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib.

Supermarketlərdə alıcıları necə aldadırlar?

Onun sözlərinə görə, supermarketlər bu yolla məhəlli marketlərin bazarını öldürməyə çalışır: “Heç kimə sirr deyil, paytaxtda fəaliyyət göstərən supermarket sahibləri əsasən rəflərdən gəlir əldə edirlər. Onlar şirkətlərdən güzəştli yollarla aldıqları məhsulları qismən ucuz qiymətə satsalar da, rəfləri fantastik qiymətə icarəyə verirlər. Misal üçün meyvə-tərəvəz, ət və ət məhsulları, çərəz məhsulları, dəftərxana malları, bal məhsulları, xırdavat bölməsi və s. bölmələr icarəçilərə baha qiymətə verilir. Onlar satışdan əldə etdiyi gəlirin 15-25 faizini supermarket sahiblərinə verir ki, nəticədə istədiyi qiymətə məhsulları sata bilirlər. Bu da sonda istehlakçıların aldadılmasına gətirib çıxarır. Supemarketə daxil olan alıcılar ilk baxışda ucuz bazarlıq etdiyini düşünsələr də, nəticədə daha artıq xərcə düşürlər”.

Geri qayıt