Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabunçu məhkəməsinin hakiminə qarşı ilginc ittihamlar
Sabunçu məhkəməsinin hakiminə qarşı ilginc ittihamlar15-11-2014, 16:22 |
![]() Rayonların birinə icra başçısı təyin etdirmək adı ilə etibardan sui-istifadə edib iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manatını ələ keçirən Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının keçirildiyi bir vaxtda, onun bir sıra əməllərinə dəstək vermiş Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin barəsində maraqlı məlumatlar aldıq. Redaksiyamıza məlumat verən mənbənin təqdim etdiyi bəzi sənədlər və faktlar Subunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin 1992-1993-cü illərdə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri işlədiyi dövrdən tutmuş Azərbaycan ədliyyə nazirinin köməkçisi, Xəzər və İmişli rayon məhkəmələrinin hakimi işlədiyi dövrə qədər yol verdiyi bir sıra ciddi qanunsuzluqdan bəhs edilir. İnanmaq olmur ki, ədalət carçısı olan bir şəxs belə qanunsuzluğu işlədiyi bütün yerlərdə özünün müqəddəs amalına çevirə bilib. O da məlum olur ki, S.Ağayev hazırda 1 milyonluq rüşvət qalmaqalına görə haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı gedən Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevlə də əlaqəli işlər qurub... Sadalanan faktlar o qədər diqqəti çəkir ki, onların dərindən araşdırılmasına ehtiyac var. Bircə onu deyə bilərik ki, bu qanunsuz əməllərin içərisində ən çox diqqət çəkən S.Ağayevin heç bir ciddi əsas olmadan günahsız insanlar haqqında həbs qətiimkan tədbirinin seçməsi, az sonra isə bu qərarı dəyişdirməsidir. Məlumatda bizə verilən belə faktların araşdırılması və adları çəkilən həmin günahsızların özləri ilə əlaqə yaradılması prosesi artıq başlayıb. Növbəti saylarımızda hakim Süleyman Ağayevin həm də keçmiş hakim Həsən Əliyevlə birgə olduğu bəzi qalmaqallı hadisələrdə hansı rol oynamasından və s. bəhs olunan araşdırma yazısını təqdim etməyə çalışacağıq. “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |