Əsas Səhifə > Güney Press / Ana xəbər > Milli komandada böyük təxribat: “uduz“un əmri verildi
Milli komandada böyük təxribat: “uduz“un əmri verildi11-11-2014, 13:01 |
|
Milli komandamız AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu Norveçə qarşı keçirəcək. Noyabrın 16-da "Bakcell Arena"da baş tutacaq qarşılaşma bundan əvvəlkilərdən fərqlənəcək Belə ki, son 7 ildə ilk dəfə millimizi meydana Berti Foqts çıxarmayacaq. Xorvatiya rusvayçılığından (0:6) sonra millimizdən qaçan alman mütəxəssisi Mahmud Qurbanov əvəzləyəcək. Bu qarşılaşma yerli məşqçilərin özlərini təsdiq etmək üçün böyük şansdı. Yığma Norveçə qalib gələcəyi halda yerli məşqçilər ictimaiyyətdən daha çox dəstək alacaq, millimizi özümüzünkülərin çalışdırmasını istəyənlərin sayı çoxalacaq. Amma bu AFFA rəhbərliyini, bir az da dəqiqləşdirsək Elşad Nəsirovun komandasını qane etmir. "Almanlaşdırma siyasəti"nin banisi və almanların himayəçisi olan AFFA-nın vitse-prezidentinin Xorvatiya ilə oyundan sonra Prezident Aparatında danlanması barədə məlumat verilmişdi. Buna baxmayaraq, Elşad Nəsirov geri çəkilmək niyyətində deyil. SOCAR-ın vitse-prezidenti yenidən yığmanın başında əcnəbi mütəxəssis görmək istəyir. Mraqlıdı ki, Rövnəq Abdullayev ona etiraz edə bilmir və hazırda bu posta yalnız əcnəbi namizədlər nəzərdən keçirilir. Parisdə bir neçə mütəxəssislə görüşən AFFA başçısı mətbuata açıqlamasında da yeni baş məşqçinin xaricdən gələcəyini deyib. Piasport.az-ın əldə etdiyi məlumata görə, Elşad Nəsirovun istəyi ilə baş katib Elxan Məmmədov bəzi yığma üzvlərinə tapşırıq verib. Foqtsa "torba tikən" həmin futbolçulardan yenə eyni şey istənilib: Norveçə uduzun. Məqsəd isə yığmanın bu oyunda xal və ya xallar qazanmasının qarşısını almaqla yerli məşqçiləri ictimaiyyətin dəstəyindən məhrum etməkdi. Yığmanın əsas simaları olan bu futbolçular da həmişəki kimi tapşırığa etiraz etmədən razılaşıblar. Bu futbolçuların kimliyi bizə bəllidi. Sadəcə əlimizdə fakt olmadığından adlarını açıqlaya bilmirik. Geri qayıt |