Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı dövrlərdə hansı prezidentlər ekstrasenslərə ümid bəsləyib

Hansı dövrlərdə hansı prezidentlər ekstrasenslərə ümid bəsləyib


8-11-2014, 13:59
Hansı dövrlərdə hansı prezidentlər ekstrasenslərə ümid bəsləyib
Kəşfiyyatın qeyri-ənənəvi vasitələri sırasına irasional sistemləri cəsarətlə aid etmək olar. İlk növbədə biolakasiya və astrologiyanı. Dünyanın bir çox qüdrətliləri bu xidmətlərdən yetərincə istifadə edib. Hitler və Stalin, Çörçill, Ruzvelt öz kahinlərini yanında saxlayırdılar. Onlar bu əvəzolunmaz xidmətlərdən agentura məlumatlarının yoxlanılmasında uğurla istifadə edirdilər. Amma, nə qədər qəribə olsa da, siyasi liderlər öz yollarının yalnız ilkin mərhələsində gələcəyi oxuya bilənlərin xidmətlərinə müraciət etmişdilər . Gələcəkdə isə güc alətləri ilə hakimiyyəti əldə saxlamağa üstünlük verərək, ekstrasenslərdən üz döndərmişdilər. Analitik.az-ın bu araşdırması kəşfiyyat sisteminin astrologiyasının banisinin qəribə taleyi barədədir. Bu, ali zadəgan nəslinin nümayəndəsi, alman mayoru, bioradioloq, fəlsəfə və tibb elmləri doktoru, linqvist, peşəkar idmançı, ali dərəcəli pilot və nəhayət Stalinin şəxsi görücüsü Sergey Alekseyeviç Vronskidir.

Bu qəribə taleli insanın həyatı mistik uyğunluqlarla doludur. O, dünyaya ən yaxşı mamaça və həkimlərin nəzarəti altında gəlib. Həmin həkimlərin ki, II Nikolayın ailəsində doğuşların birbaşa iştirakçısı olmuşdu. Bu, 1915-ci ildə Riqada baş verib. Beş il sonra isə onun bütün ailəsi - ata, ana, qardaş və bacıları - Yakov Yurovski tərəfindən güllələnib. Həmin Yokov Yurovski ki, 2 il bu hadisədən əvvəl bütün Romanovlar ailəsini məhv etmişdi. Vronskilər ailəsindən xoşbəxt təsadüf nəticəsində yalnız Seryoja sağ qalmışdı.

Gözləri bağlı diaqnoz qoyurdu

Sergey Vronskinin atası , qraf Aleksey Vronski general, qədim polyak zadəgan nəslindən idi . O, 42 dil bilirdi və çar ordusunun məxfi qərargahında xidmət etmişdi. 5 yaşında olanda onun kiçik oğlu Seryoja altı dildə danışırdı. Sonralar daha yeddi dil də öyrəndi. Ailəsini faciəvi surətdə itirdikdən sonra balaca Sergey, atasının dostları olan rus generallarının himayəsində qalır. 2 il axtarışdan sonra Qırmızı Xaçın köməkliyi ilə onu Latviyada yaşayan nənəsi tapır və özü ilə Riqaya aparır. Onun nənəsi dövrünün tanınmış görücüsü, iki universitet təhsilli knyaz nəslindən olan milyoner idi. Seryoja özəl rus gimnaziyasında təhsil alanda parlaq nailiyyətləri ilə müəllimlərini heyran edirdi. Çünki o, imtahanda hansı biletin ona düşəcəyini əvvəlcədən bilirdi . 7 yaşından yoldaşlarına və müəllimlərinə ulduz falları tərtib edirdi, knyaginya Neqoş (nənəsi) kahinlərin gizli biliklərini artıq nəvəsinə öyrətmişdi.

Gənc Sergey kitab qurdu deyildi. O, güləş, boks, üzgüçülüklə məşğul olurdu. Kuznetsovun farfor zavodunun sahibinin oğlanları ilə tennis oynayırdı. Dom kilsəsində oğlanlar xorunda oxuyurdu. Akkordeon və fortepiano dərsləri almışdı. Yeddi dəfə bal rəqsləri festivalında əsas mükafatı alır. Yeni texnika ilə maraqlanırdı. O, maşın yarışlarında iştirak edirdi, İnsbrukda sürücülük məktəbini fərqlənmə ilə bitirmişdi. 1917-ci ildə onu Berlin universitetinə göndərirlər . Ona himayədarlığı Yohanna Koxa edir . Elə məhz onunla tanışlıqdan sonra Vronskinin həyatının yeni dönəmi başlayır. Tibb fakültəsində Vronskinin qeyri-ənənəvi üsullarla müalicə sahəsində müstəsna qabiliyyəti tezliklə aşkar oldu: O, gözləri bağlı diaqnoz qoyurdu, xəstəliyin gedişini qabaqcadan xəbər verir, əlləri ilə xəstələrə kömək edirdi. Tezliklə gənc qrafı, onun razılığını belə soruşmadan , Bioradioloji instituta , o vaxtlar "25 saylı Təhsil Müəssisəsi" kimi məşhur olan tədris ocağına köçürürlər. Burada istedadlı uşaqlara yoqanı, şamanlar, tibet lamanı, çin iynəterapiyasını , parapsixologiyasını öyrədirdilər. Onlar Amerikaya, Afrikaya, Hindistana və İspaniyaya təcrübə keçməyə gedirdilər.

“Bu üzük sirləri açacaq”

Yayda tətildə Sergey muzdlu pilot kimi italyan - abissey mühariəsində iştirak edir. Məhz o vaxt, 1936-ci ildə, ona gözəl qədd-qamətli, ağıllı zadəgan qızı РњР°xaradji aşiq olur. O, gənc Vronskiyə insan gözünü dəqiqliklə təkrar edən qəribə qaşlı üzük hədiyyə edir. Qız qabaqcadan xəbər verirdi: "Bu üzük sənə 10 il qoyulmuş suallara cavab verməkdə , böyük sirləri açmaqda, gələcəyi qabaqcadan xəbər verməkdə kömək edəcək. Ancaq müddəti bitdikdə ondan azad ol: Torpağa basdır və ya suya at".

1935-ci ildə Hitler astralogiyanı imperiya elmi elan etdi. O, ulduz fallarına çox ciddi yanaşırdı . Həyatının bir çox anlarını dəqiqliklə xəbər verən astroloq Sobotendotfu, Hitler ömrünün axırınacan yanında saxlamış, hər bir qərarını onun məsləhətləri ilə tutuşdurmuşdu. Aydın idi ki, Bioradiologiya institutunun məzunlarını faşist Almaniyasının böyük karyerası üçün hazırlayırdılar.

Rudolf Hess - Hitlerin sağ əli Yohanna Koxanın bacısı qızı ilə evlənmək istəyirdi. Kox öz gələcək kürəkənini Vronski ilə tanış edir. Rudolfun ulduz falını tərtib edən Sergey xəbər verir ki, toy baş tutmayacaq. Hess qəzəblənir. Üç həftə sonra isə Koxanın bacısı qızı avtomobil qəzasında ölür. Hess əyləncə gecələrindən birində atelyedə köməkçi işləyən Yeva Braunu tədbir iştirakçılarına təqdim edir. O, gənc münəccimdən ulduz falını tərtib etməyi xahiş edir. Sergey Alekseyeviç xəbər verir ki, Yeva qüdrətli adamın arvadı olacaq. Onda heç kimin ağlına gəlməzdi ki, az sonra Hitler ona evlənmək təklifi edəcək...

Vronskini Reyx liderlərinə yardım göstərmək üçün dəfələrlə dəvət edirlər. Ekstrasens fürerin özünü mədə xorası xəstəliyindən və miqrendən müalicə etmişdi. Dəqiqliklə həyata keçən, bir-birini əvəzləyən çoxsaylı öncəgörmələrdən sonra Hess şəksiz-şübhəsiz münəccimə inanırdı. Sonralar Vronski Hitlerin partiya müavini Rudolf Hessin şəxsi münəccimi və astroloqu oldu. Yeri gəlmişkən, Hessin məşhur İngiltərəyə qaçışı da astroloji proqnozlar əsasında edilib. Müharibənin əvvəllərində Almaniyada Hitlerdən sonra ikinci şəxs olan Rudolf Hess, Münhendən qırıcı təyyarə ilə İngiltərəyə qaçır. O, sanki faşist rejiminin sonrakı taleyini əvvəlcədən bilirdi. Vronski bu hadisəni xatirələrində belə xatırlayır : "1941-cu ildə biz çox yaxın və tam səmimi idik. Rudolf "Barbarossa" planı barədə bilirdi. Biz astroloji proqnoz təşkil etdik. Hesablamalar nasist Almaniyasının tam iflasanı bildirdi. Ulduz falını dəfələrlə dəqiqləşdirdik. Bütün dəqiqliyi ilə proqnozlar təkrarlandı. Hess fürerdən hücümün vaxtını dəyişdirməyi xahiş etsə də, Hitler ona əhəmiyyət vermədi. Hessin bu qaçışında təəccüblü heç nə yoxdur. O, özü münəccimliklə maraqlanırdı, ona ehtirasla inanırdı. Hətta Rusiyaya - Molotovun yanına qaçmağı düşünürdü, amma ulduzlar orada onun dərhal ölümünü qabaqcadan xəbər verdilər. İngilis variantı həyat vəd edirdi. Belə də oldu. Hess partiya yoldaşlarından 50 il çox yaşadı.”

Münəccimin müştəriləri Reyxin yuxarı çinli zabitləri idi. O, Hitlerin, Himlerin və Herunqun ongünlüyünə qədər dəqiqliklə , ölüm vaxtını xəbər vermişdi . Amma onlar inanmamışdılar. Onun tanınmış müştəriləri içərisində rus familiyasına da rast gəlinir. Şalyapin, Alexin...sonuncusuna o , dünya şahmat yarışlarında bütün qələbələrini qabaqcadan demişdi.

Sovet münəccimi Hitlerin məsləhət verəni idi

Hitlerin komandasında son dərəcə parlaq rus əsilli alim və hərbçi çalışıb. Və heç kimin ağlına gəlmirdi ki, bu istedadlı gənc 1933-cu il sentyabrın 12-də Rixard Zorgenin təklifi ilə Almaniya Kommunist Partiyasının sıralarına qoşulub. "Fürerin şəxsi astroloqu" faşist elitası ilə ünsiyyət zamanı aldığı önəmli məlumatları Stalinin xeyrinə rabitə vasitəsilə kommunistlərə ötürürmüş...
Vronski casusluq fəaliyyəti ilə bağlı hər şeyi danışmağa macal tapmamışdı. O, müsahibələrində bu haqda 1995-ci ildən sonra danışcağını vəd etmişdi . Amma o vaxta qədər yaşamadı. Lakin bəzi faktlar müxtəlif mənbələrdən mətbuata sızmışdı. Belə ki, Hitlerin aradan ğötürülməsi planı keçmiş boksçu İqor Рњiklaşevskinin köməyi ilə hazırlanıb. Onu yalnız fürerin olduğu mühütə "atmaq " məsələsi qalırdı. Və Vronski Moskvanın tapşırığı ilə rus boksçusunu üçüncü reyxin şəxsi malikanəsində tez-tez qonaq olan boks üzrə dünya çempionu Maks Şelinqlə tanış edir. Sonradan bu ideyadan imtina etdilər. Tarixə isə bu hadisə Pavel Sudoplatovun memuarlarında Miklaşenko haqda xatirələrinin sayəsində məlum olub.

Feldmarşal Ervin Rommer Vronskiyə "Almaniya reyxinə təmiz və sadiq xidmətinə görə" sözləri yazılmış öz şəxsi silahını hədiyyə edib. Ancaq Remmer hardan biləydi ki, Şimali Afrikadakı müharibəni ingilislərə çox cəhətdən uduzmaqlarıının səbəbi "sadiq astroloq"un düşmənə mühüm strateji məlumatları ötürməsi olub.

Konfransa çağırıb sürgünə göndərdilər

Medium "xalqın atası" ilə görüşlərini yada salmaq istəmirdi. Stalin ona ünsiyyətdə heç xoşa gəlməyən, savadsız bir adam kimi təsir bağışlamışdı. 1938-ci ildə Vronski ona ulduz falı tərtib etmişdi, orada çoxlu "qaranlıq" əlamətlər vardı . "O, Ay təqviminin doqquzuncu günü - ayın ən dəhşətli günlərindən birində anadan olub. Onun obrazı yarasa və ya şeytani rəmzlərindən biridir. Yeri gəlmişkən, onda buna işarə də vardır : onun sağ ayağında dörd barmağı var idi," – deyə Vronski bu iş haqqında özü sonralar belə xatırlayırdı. Ulduz falını baş kommunist bəyənmədi. Stalin ümumiyyətlə münəccümləri sevmirdi . 1929-cu ildə ölkənin bütün astronomlarını Krasnodar vilayətindəki Qelencik şəhərində konfransa çağırır və... hamısını sürgünə göndərir. Bu hadisədən sonra ölkədə yalnız hansısa səbəbdən bu konfransa gəlməyən astronomlar qaldı.

Bütün bunları bilə-bilə, 1942-ci ildə Vronski hər halda Sovet Rusiyasına qayıdıb. O, Qəhrəmanlıq Ulduzunu almaq üçün Moskvaya gəlmək əmri alır. Ulduz falı ilə astroloq özü üçün əlverişsiz perspektivlər görür. Amma Almaniyada qalmaq da olmazdı - həmin ulduzlar onun casusluq fəaliyyətinin tezliklə ifşa olunacağı və qaçılmaz ölümünü qabaqcadan xəbər vermişdi. Vronski diplomatik pasport üçün Riqaya yola düşür. Cəbhə xəttini qaçırdığı təyyarə ilə keçir. Lakin təyyarə sovet artilleriyasının güclü atəşi altına düşür. Onu birbaşa ştaba təhvil vermək istəsələr də, cərrah olduğunu biləndə fikirlərini dəyişirlər. Sergey Alekseyeviç günlərlə cərrah masasının arxasından çıxa bilmir. Lakin müəyyən vaxtdan sonra onu ştaba aparmaq qərarına gəlirlər . Yolda guya təsadüf nəticəsində açılan güllə onu ölümcül yaralayır. Hospitalda əməliyyat keçirən Vronski möcüzə nəticəsində ölmür. 1943-cü ildə ikinci qrup əlil kimi onu ordudan tərxis edirlər.

Kennedini gözləyən faciəni özünə xəbər vermişdi

1944-ci ildə Vronski uşaqlıq dostu Vilis Latsislə təsadüfən Ufada rastlaşır , o, Sergey Alekseyeviçi Latviyaya mülki aviasiya müfəttişi vəzifəsinə göndərməyə nail olur. 1945-ci ildə Yurmalada məktəb direktoru təyin olunur. 1946-ci ildə məktəblilərin alman zabitilərinin açıq edamlarına baxmaq barədə sərəncam çıxır. Vronski buna qarşı çıxır. Ona danos yazılır. Vronski güllələnməyə məhkum olunur , sonradan 25 illik həbslə əvəz olunuraraq , 14 iyun 1948-ci ildə onu РњРѕldaviyaya , Potminsk düşərgələrinə göndərirlər. Burada ona "25 saylı Məktəb"də öyrəndiyi vərdişlər kömək edir - Sergey Alekseyeviç özünü xərçəngin 4-cü mərhələsindəki xəstə kimi qələmə verir və həbs müddətinin beş ilindən sonra onu "ölmək üçün" azadlığa buraxırlar. Yurmalada məskunlaşır. 1963-cü ilədək müxtəlif yerlərdə işləyən Vrenski Müdafiə Nazirliyi, DİN və DTK ilə əməkdaşlıq etməyə başlayır. Ömrünün bu illərini xatırlamağı Sergey Alekseyeviç heç sevmirdi.

Nəhayət, N. Xruşşovun təkidi ilə onu Ulduz Şəhərciyinə işləməyə dəvət edirlər. Bədbəxtlikdən, Sergey Alekseyeviçin məsləhətlərinə heç də həmişə qulaq asmırdılar. O, Korolovun əməliyyat vaxtını dəyişməyi təkidlə desə də, buna nail ola bilmir. Təyyarə konstruktoru cərrahiyyə stolunda ölür. Vronski Yuri Qaqarin üçün tərtib etdiyi şəxsi bioastroloji təqvimdə 1968-ci il 27 mart tarıxini qara rənglə nişanlanmışdı. Məhz həmin gün onun təyyarəsi Novoselov kəndi yaxınlığında qəzaya uğramışdı. Sergey Alekseyeviç ilk kosmonavt ilə birlikdə bütün dünyanı gəzmişdi. Bu səyahətlər zamanı Kennedi ailəsi ilə də tanış olmuşdu və bu qardaşların da, Merilin Monronun da faciəli taleyini xəbər vermişdi. Sonra Çan Рљayşin Tayvanda dəvətini qəbul edərək, bir müddət burada işləmiş və burada böyük hörmət qazanmışdı.

Andropovun dostu idi

Rusiya hakimiyyəti dünya şöhrətli mediuma dəfələrlə müraciət etmişdi. Brejnev Mao Tszedunun ölüm vaxtının haqq-hesabını tələb edirdi. Yeltsin avqust qiyamının ilk dəqiqələrindən sonra Р°stroloqdan cari hadisələrin gedişatı xronologiyasını sifariş verib. Vronski tezliklə SSRİ-nin dağılacağını, Puqonun ölümünü qabaqcadan xəbər vermişdi. Vronski Yeltsinin ən dəhşətli səhvinin Çeçenistanla apardığı müharibə olduğunu hesab edirdi: "Çeçenistan daha çox bəlalar gətirəcək, çünki biz islamla müharibə aparırıq , olanlar hələ "çiçəklərdi" .

1968-ci ildə Vronskini professor Mixail Koqanın rəhbərlik etdiyi bioinformasiya laboratoriyasına dəvət edirlər. Burada o, ilk həkim-bioradioloqlar (ekstrasenslər) hazırlayıb. Kimsə tələbələrdən professordan şikayət edərək , bu qeyri-adi dərslər haqda məlumat verir və Səhiyyə Nazirliyi "yalançı elmi" öyrənməyi qadağan edir. Astrologiyanı tədris etməyə SSRİ-də rəsmən Andropovun hakimiyyəti zamanında icazə verilib. Bu təəccüblü deyil - Yuri Andropov və Sergey Vronski 1937-ci ildən tanış idi: Casus-astroloq gələcək rəhbərin qrupu vasitəsilə SSRİ-nin Mərkəzi ilə əlaqə saxlayırdı. Fəaliyyətinə rəsmən icazə verilmiş Vronski ilk olaraq partiya işçilərinin təkmilləşdirmə institutunda mühazirələr oxuyub.

Tələbələri ilə və digər ekstrasenslərlə bərabər Vronski Papov adına Anomal Halların Öyrənilməsi Cəmiyyəti tərəfindən aparılan araşdırmalarda iştirak edib. Münəccimlərlə birlikdə Şeremetyeva - 2 aerovağzalında aviasiya qəzalarının qarşısının alınması və azaldılmasına yönəldilmiş tədqiqatlarla məşğul olur. Müxtəlif fəaliyyət növləri üçün əlverişli və əlverişsiz dövrlərin nadir hesablaşma sistemini hazırlayıb. Onun ilk kitabı 90-cı ildə çıxdı. Amma bu kitab ona qazanc gətirə bilmədi. O, 1998-ci il yanvarın 10-də dünyasını dəyişdi . Əlyazma şəklində olan 12 cildlik "Klassik astrologiya" kitabını ölümünə az qalmış bitirməyə nail oldu. Böyüklüyünə görə isə bu işin dünyada analoqu yoxdur.

Özü ilə qəbirə aparılmış sirr

Çoxları bu adamın özü haqqında danışdıqlarına inanmırdı. Halbuki onun danışdığı hadisələr yeni-yeni yazılan memuarlarda , açılmış gizli sənədlərdə təsdiqini tapırdı. "Mən bütün həqiqəti deyə bilmərəm . Halbuki çox hadisələr deyilməmiş də məlumdur. Amma bir prinsip var: ömrünü böyük sirlərə həsr edən insan , onları özü ilə qəbirə aparmağı bacarmalıdır ", - deyə o yazırdı.

Bəzi tarixçilər iddia edirlər ki, Vronski "mifik Şanbala " şəhərində həqiqəti tapmaq istəyən gizli lojanın üzvü olub. Bunu tapmaq üçün Bioradiologiya institutundan Nikolay Rerixanın başçılığı altında Himalay dağlarına ekspedisiya təşkil olunmuşdu. Hətta Djerzinskinin Şambalanın axtarışı üçün bolşeviklərdən vəsait topladığı da məlumdur. Almaniyada gizli cəmiyyətinin yeni güclü cərəyanları tərəfindən "Vril" və "Tula" təşkilatları yaradılmışdı. Bura Hess və Karl Qausqoffer daxil idi. Məhz bu iki nəfər müəllimlərinin ideyasını - Ditrix Ekartın "dünya ağalığı " ideyasını Hitlerə aşılamışdılar. Vronski ilə yaxın münasibətdə olan Alman filosoflarına istinad edərək deyirlər ki, o özü də bu mistik versiyanın tərəfdarları idi ki, adi insanların maraqlarını nəzərə almadan bəşər sivilizasiyasının inkişafına nail olmaq olar.

Hələ Vronskinin şagirdləri sağdırlar. Onlar hesab edirlər ki,müəllimlərinin şübhəli və uğursuz taleyi artıq ulduzlar tərəfindən müəyyən edilmişdi : Onun ulduz falında qadınla əlaqəyə cavabdeh olan ərazidə planetlərin vəziyyəti ürəkaçan deyildi . Onun erkən anasını itirməsi də , anlaşılmaz şəxsi həyatındakı maddi məhrumiyyətlər də buradan qaynaqlanır. Elə ona görə də Vronski sona qədər öz bacarıqlarını reallaşdırdıra və missiyasını yerinə yetirə bilmədi. Bax, elə bu cəhətinə görə da o, Nostradamusdan fərqlənirdi.

Geri qayıt