Əsas Səhifə > Güney Press / Ana xəbər > Kürdəxanıda yol problemi sakinləri çilədən çıxarıb...

Kürdəxanıda yol problemi sakinləri çilədən çıxarıb...


8-11-2014, 13:57
Kürdəxanıda yol problemi sakinləri çilədən çıxarıb...
Bakının Kürdəxanı qəsəbəsinin Yeni yaşayış massivində yaşayan sakinlər yollarının bərbad hala düşməsindən şikayətçidirlər. Onların bildirdiyinə görə yol əvvəldən təmirsiz olsa da, öz aralarında pul toplayaraq yolu az da olsa bərpa ediblər. Amma qəsəbəyə su xətlrəri çəkilən zaman yolda qazıntı işlərinin aparılması zamanı ağır texnikalar onların yollarını daha bərbad vəziyyətə salıb.
Xatırladaq ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” prezidentin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişiklik edib. Dəyişikliyə görə Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, yol qurğuları isə müvafiq bələdiyyələrin balansına verilir.
Ölkə prezidentinin bu addımı ilə bələdiyyələr yeni səlahiyyətlər əldə etmiş oldular. Amma bu səlahiyyətlərin nəticəsi Kürdəxanıda görünmür...
\\ tezadlar.az \\
Geri qayıt