Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda "Roshen" şirkətindəki şok araşdırmalar başladı

Bakıda "Roshen" şirkətindəki şok araşdırmalar başladı


7-11-2014, 10:49
Bakıda "Roshen" şirkətindəki şok araşdırmalar başladı
Azərbaycanda fəaliyyət göstərən "Roshen" şirkəti ilə Avropa.info-nun təqdim etdiyi videogörüntülər ölkənin hüquq-mühafizə orqanlarını da hərəkətə gətirib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, dünən DİN nümayəndələri şirkətin Bakı ofisində olublar.

DİN əməkdaşları vaxtı keçmiş məhsulların qutuları üzərinə yeni tarixə etiketlərin yapışdırlması ilə bağlı şirkətin səlahiyyətli nümayəndələri ilə görüşüb.

Əldə etdiyimiz başqa bir məlumata görə isə, şirkətin səlahiyyətliləri video görüntülərdə vaxtı keçmiş məhsulların qutuları üzərinə saxta etiket yapışdıran fəhlələrlə "profilaktik" iş aparıb. Məlumatı verən mənbə qeyd etdi ki, şirkətin səlahiyyətli nümayəndələri həmin fəhlələrə onların hüquq-mühafizə orqanlarına izahat verəcəklərini bildirib: "Fəhlələrə xüsusi təlimatlar verilib ki, onlardan izahatlarında guya qutuların üzərindəki erməni dilində yazıları qopardıqlarını desinlər. "Roshen" şirkəti öz məhsullarını təkcə Azərbaycana deyil, həmçinin Ermənstana da satır. Bundan istifadə edən şirkət rəhbərliyi məhsulların üzərində erməni dilində yazıların olması bəhanəsi ilə məsuliyyətdən yayınmaq istəyir".

Qeyd edək ki, erməni dilində yazılar olan məhsulların gömrükdən keçirilməsi inandırıcı görünmür. Bir şirkət öz məhsullarının üzərindəki yazıları dünyanın ən çox işlənən bir neçə dilində yazır. Lakin bu dillər içərisində erməni dilinin olmadığını hər kəs bilir. Bu iddia inandırıcı görünsə, o zaman MDB məkanında öz məhsullarının satışını həyata keçirən şirkət gərək qutunun üzərində bütün bu dövlətlərin dilində qutuların üzərində qeydlər yazsın.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt