Əsas Səhifə > Güney Press / Ana xəbər > Samir Şərifovun adamına qarşı yeyinti ittihamı var
Samir Şərifovun adamına qarşı yeyinti ittihamı var6-11-2014, 14:09 |
![]() Ölkəmizdə korrupsiya əleyhinə mübarizə gücləndikcə, bəzi orta ranqlı məmurlar müxtəlif yollardan istifadə etməklə mümkün qədər çox miqdarda vəsait toplamağa can atırlar. Bu tip məmurlar istəyirlər ki, ara qarışmışkən bəzi qaranlıq işlərini rahat şəkildə həyata keçirsinlər. Artıq bu özünü açıq və gizli şəkildə büruzə verməkdədir. Əfsuslar olsun ki, bu cür neqativ hallar həmçinin maliyyə sektorunda, o cümlədən Sabirabad rayonu Maliyyə İdarəsində də baş verir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Sabirabad maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşov sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə etdiyi bir sıra uğurları şübhə altına alıb. Belə ki, məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, maliyyə idarəsinin müdiri fəaliyyəti dövründə bu və digər dərəcədə maliyyə maxinasiyalarında iştirak, hətta onlara rəhbərlik edib ki, bu da ağır cinayət hesab olunur. Bununla da Sabirabad maliyyə idarəsinin müdiri kimi bu cür neqativ hallarda iştirakı dövlətin maliyyə sütunlarına ağır zərbələr vurur. Halbuki, hər bir sıravi maliyyə işçisi çox gözəl bilir ki, nə vaxtsa dövlət büdcəsindən düzgün istifadə edilməməsinə görə sorğu-sual olunacaq. Redaksiyamıza daxil olan məlumatlarda isə Sabirabad maliyyə idarəsinin adı ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi çəkilir. Bildirilir ki, rayonun sosial-iqtisadi inkişafı məqsədilə ayrılan dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir.Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Hüseynağa Gülüşov vəzifə səlahiyyətlərini aşaraq rayonun bütün dövlət müəssisə və təşkilatlarının fəaliyyətinə müdaxilələr edir. Həm də bu müdaxilələr ilk növbədə müəssisələrin kadrlarla işində özünü göstərir. Məlumatlarda qeyd olunur ki, bu gün Sabirabadın heç bir büdcə təşkilatının rəhbəri Hüseynağa Gülüşovun razılığı və yaxud da ən azından xəbəri olmadan işə adam götürə bilməz. Əgər bu qadağanı pozmağa cəsarət edən tapılarsa, bu zaman maliyyə idarəsi yerli-yersiz yoxlama və təftişlərlə həmin təşkilatın işini iflic vəziyyətinə gətirə bilər. Hüseynağa Gülüşovun sistemli şəkildə həyata keçirdiyi bu “kadr siyasətinin” isə kifayət qədər maddi əsasları vardır. Mənbələr bildirir ki, rayonda əksər büdcə təşkilatlarının rəhbərləri öz qohumlarını “ölü canlar” qismində işə qəbul edərək, sonradan onların əmək haqlarını özlərinə götürürlər. Maliyyə İdarəsinin müdiri də bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmaq qərarına gəlib. Beləliklə Hüseynağa Gülüşov müəssisə rəhbərlərinin maxinasiyalarına göz yummaq müqabilində alınan əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə isə “obyektiv” yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. Buna görə də “Dövlət büdcəsi haqqında” qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Salyan rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir.Artıq qeyd olunduğu kimi son vaxtıar biz hamımız respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin tərkib hssəsi kimi maliyyə idarələrində keçirilmiş yoxlamaların nəticəsi olaraq bəzi rəhbər işçilərə qarşı həbs cəzasının tətbiq olunması hallarının da bir neçə dəfə şahidi olmuşuq. Lakin bütün bunlara baxmayaraq, bir çox maliyyə idarələrində vəziyyət olduğu kimi bərbad halda qalmaqdadır. Təəssüflər olsun ki, Respublikanın Maliyyə Nazirliyi hələ də bəzi struktur rəhbərlərinə qarşı son dərəcə liberal mövqe nümayiş etdirməkdədir. \\ bizimdovr.az \\ Geri qayıt |