Əsas Səhifə > Güney Press / Ana xəbər > AFFA “Qarabağ“a görə “Bakı“nın haqqını yedi

AFFA “Qarabağ“a görə “Bakı“nın haqqını yedi


6-11-2014, 13:56
AFFA “Qarabağ“a görə “Bakı“nın haqqını yedi
AFFA "Qarabağ"la "Bakı" arasındakı problemi həll edib. Daha doğrusu problem "Qarabağ"ın xeyirinə yoluna qoyulub.

Belə ki, Ağdam klubu yayda paytaxt təmsilçisindən Şəhriyar Əliyevlə Namiq Ələsgərovu heyətinə qatmışdı. Həmin vaxt "Bakı"nın maliyyə problemlərinə görə dağılacağı gözlənilirdi. Lakin klub dağılmadı və Premyer Liqada fəaliyyətini davam etdirdi. Bundan sonra "Bakı" klubla müqaviləsi olan futbolçuların qanunsuz şəkildə transfer edildiyini açıqladı və hər oyunçuya görə 250-300 min manat transfer haqqı tələb etdi.

Piasport.az-ın əldə etdiyi məlumata görə, AFFA "Bakı"nın şikayət ərizəsinə bu günlərdə baxıb. "Qarabağ"la anlaşan federasiya rəhbərliyi hər oyunçuya görə paytaxt klubuna 20 min manat ödəməklə məsələni həll edib. "Bakı" heç isə etiraz edə bilməyib. Çünki artıq AFFA klubu himayəsinə götürüb və Hafiz Məmmədovun komandasının bütün xərclərini ödəyəcək. "Bakı" buna görə susmağa məcbur edilib.

Geri qayıt