Əsas Səhifə > Güney Press > Rəqqasə Məryəm:

Rəqqasə Məryəm:


4-11-2014, 16:43
Rəqqasə Məryəm:
Hafta.az bildirir ki, milli rəqsimizin tanınmış və peşəkar siması Məryəm Süleymanovadan xəbər var. Uzun müddətdir efirlərdə görünməyən rəqqasəyə bir neçə sual ünvanladıq.

- Nəyə görə efirlərdən uzaqlaşmısınız?

- Mənim kiçik bir qızım var. Hal-hazırda bütün diqqətim onun üzərindədir. İndi mən kiçik Aylinlə məşğulam. Onun 3 yaşı var artıq.

- Bu yaxınlarda yenidən sizi efirlərdə görə biləcəyikmi?

- Əlbəttə, gələcəkdə bir çox yeni layihələrlə yenidən efirlərdə olacam. Mən daima milli rəqsimizin inkişafında əlimdən gələni edəcəyəm. Sadəcə, bir müddət uzaqlaşmışam.

- Son zamanlar milli rəqsimizdə inkişaf görürsünüzmü?

- Əfsuslar olsun ki, mən heç bir yenilik görmürəm. Mən isə efirlərə geri döndükdən sonra yeni layihələr həyata keçirəcəm. Milli rəqsimizdə yeni performans göstərmək istəyirəm.

- Həmkarlarınız Oksana Rəsulova Hindistanda mötəbər bir yarışmada qalib oldu. Bu gün isə Fatimə Hindistanda festivala qatılıb. Həmkarlarınızın bu nailiyyətlərini necə qiymətləndirirsiniz?

- Sözün düzü bu haqda çox danışmayacam. Lakin Oksananın fəaliyyətini müsbət qiymətləndirirəm. Oksana çox böyük uğur əldə edib. Onu bir daha təbrik edirəm.

- Gələcəkdə milli rəqsimizin inkişafı üçün tələbələr yetişdirməyi düşünürsünüz?

- Mütləq. Uşaq və böyüklər üçün professional rəqs məktəbi yaratmaq fikrim var.

Geri qayıt