Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallı sakinləri erkən qışın qurbanına çevriliblər...
Masallı sakinləri erkən qışın qurbanına çevriliblər...4-11-2014, 14:42 |
![]() Havaların sərt keçməsi səbəbindən bir sıra rayonlarda, həmçinin Bakı şəhərində yerli strukturların qışa ümumiyyətlə, hazır olmadığı üzə çıxıb. JAM.AZ xəbər verir ki, paytaxta yağan yağışdan sonra bir çox məntəqələrdə kanalizasiya xətlərinin işləmədiyi və evlərin belə su içində qaldığı məlum olub. Keyfiyyətsiz işin nəticəsi olaraq Bakıda ortaya çıxan mənzərə rayonlarda da yaşanıb. JAM.AZ xəbər verir ki, dünən Xızı və Şamaxı rayonlarında güclü qarın yağması səbəbindən bir çox dağ kəndləri ilə mərkəzin əlaqəsi kəsilib. Masallıda isə güclü küləklə müşahidə olunan leysan yağış rayonu iflic vəziyyətə salıb. Məlumatlara görə, dünən gün boyu rayonda əhaliyə elektrik enerjisinin verilməsi dayandırılıb. Yerli Elektrik Satışı İdarəsinin rəsmiləri bunun hansı səbəbdən baş verdiyini açıqlamayıblar. Daha doğrusu, açıqlaya bilməyiblər. Sakinlər deyirlər ki, hələ qış gəlməyib vəziyyət bu şəkili alıb. В«Gor, qış gələndə nələr olacaq. Bütün yayı yatıb, qışda ayılırlar ki, problemlər dizə çıxıb. Bircə payız yağışına elektrik enerjisinin verilməsi dözmədi. Qar yatğdıqda yəqin ki, camaat həftələrlə qaranlıqda və soyuqda qalmalı olacaqlarВ». Geri qayıt |