Əsas Səhifə > Güney Press / Ana xəbər > DİN-dəki dəyişikliklərlə bağlı yenilik: Kim hara təyinat alıb?
DİN-dəki dəyişikliklərlə bağlı yenilik: Kim hara təyinat alıb?4-11-2014, 14:37 |
![]() Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrdən aldığı məlumata görə, BŞBPİ-nin keçmiş rəisi Rafiq Abbasov nazir Ramil Usubovun əmri ilə nazirliyin Kadrlar İdarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev "bandotdel"in rəisi təyin edilib. "Bandotdel"in əvvəlki rəisi Mirqafar Seyidov isə "qorotdel"ə rəis göndərilib. Qeyd edək ki, bir neçə gün öncə nazir müavini Əsgər Ələkbərov pensiya yaşının çatması ilə bağlı vəzifəsindən azad olunub. Onun yerinə Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyinat alıb. Kadrlar İdarəsinin rəisi postu bir neçə gün idi boş idi. * * *13:43 Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. Bu barədə “Qafqazinfo”ya DİN-dən məlumat daxil olub. Məlumata görə, R.Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (MCQMİ və ya "bandotdel") rəisi, general-mayor Mirqafar Seyidovu təyin edib. Nazirin digər əmri ilə R.Abbasova yeni təyinat verildiyi bildirilir. Onun hansı vəzifəyə təyin olunması ilə bağlı hələ dəqiq məlumat olmasa da R.Abbasovun nazirliyin Kadrlar İdarəsinin və ya "bandotdel"in rəisi təyin edildiyi deyilir. Qeyd edək ki, R.Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır. Məlumatlara görə, DİN sistemində daha böyük dəyişiklik də var. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin də yüksək vəzifəyə təyinat aldığı bildirilir. Virtualaz.org saytı bu kadr yerdəyişməsi ilə bağlı DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovdan münasibət öyrənməyə çalışıb. E.Zahidovun cavabı belə oldu: "DİN mətbuat xidməti olaraq bizdə bu barədə məlumat yoxdur". Yayılan bu xəbərlə bağlı əlavə məlumat verməyə çalışacağıq. Geri qayıt |