Əsas Səhifə > Güney Press / Ana xəbər > Rayon yeni, başçı yeni... problemsə ənənəvi...

Rayon yeni, başçı yeni... problemsə ənənəvi...


4-11-2014, 11:12
Rayon yeni, başçı yeni... problemsə ənənəvi...
Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda adı müxtəlif problemlərdən dolayı tez-tez hallandırılan vəzifəli şəxslərdən biri də Bakının Pirallahı rayonu İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. Qeyd etmək lazımdır ki, bu məmura qarşı irəli sürülən iddialar müxtəlif səbəblərə bağlı olsa da, nəticədə bu səbəblərdən heç biri V.İmanov haqda müsbət rəyin formalaşmasına qətiyyən xidmət etmir. Əslində Pirallahı RİH başçısının öz əməlləri belə bir rəyin yaranmasına imkan vermir.Məlum olduğu kimi 7 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə V.H.İmanov Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelağının Pirallahı adlanan ən böyük adası burada içməli su olması səbəbindən uzaq keçmişdən insanların yaşayış məskəninə çevrilmişdir. Pirallahı adası Abşeron yarımadasından şərqdə, Xəzər dənizində ən böyük adalardan biridir. Aldığımız məlumatlarda isə qeyd olunur ki, bu gün Pirallahı rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Elə şikayət məktublarında yer almış müxtəlif iradların da mövzusu əsasən bu problemlər olmuşdur. Eyni zamanda da sakinlərin şikayət məktublarında qeyd olunur ki, icra başçısı vətəndaşların şikayətlərinə baxmır, rayon sakinləri sosial problemlərin məngənəsində boğulurlar. Rayonda təmir tələb edən evlərin, zirzəmisi su ilə dolu binaların, eyvanları daman evlərin, su üzünə həsrət həyətlərin, təmirə ehtiyacı olan uşaq bağçaları və məktəblərin sayı-hesabı yoxdur. Digər tərəfdən də mənbələr rayonda aparılan abadlıq-quruculuq işlərində bir sıra maxinasiyalara yol verildiyini iddia edirlər. Qeyd olunur ki, Pirallahı rayonu Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşmasından ən çox yararlanan ərazilərdən biridir. Təbii ki, son illər rayonda görülən işləri qətiyyən danmaq olmaz. Lakin daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, bütün bu quruculuq işlərinin fonunda Vasif İmanovun fəaliyyəti daim həm görülən işlərin sürətini zəiflədən, həm də bu işlərin miqyasını kiçildən amil kimi çıxış edib. Məlumatları təqdim edən mənbələr iddia edirlər ki, bir çox məqamlarda məhz Vasif İmanov tərəfindən resurs və vəsaitlərin düzgün bölüşdürülməsi təmin olunsaydı, bu zaman ayrılan dövlət vəsaitləri hesabına bu günədək görülmüş işlərin həcmi daha artıq olardı. Lakin yol verilən müxtəlif maxinasiyalar və bu əsasla baş verən mənimsəmələr mövcud imkanları xeyli məhdudlaşdırmışdır. Şəxsi mənafeylərin təmin olunması naminə, işləri icra edəcək müəssisələrin seçimi obyektiv aparılmır, bir çox hallarda müqavilələr əslində heç bir maddi texniki bazaya malik olmayan şirkətlərlə bağlanır…Qeyd edək ki, bütün bu söylənilənlər heç də Pirallahı rayon icra başçısının aktivinə yazılan neqtiv halların hamısı deyil. Buna görə biz də mövzuya dair qraşdırmalarımızı davam etdirəcəyik.
\\ bizimdovr.az \\
Geri qayıt