Əsas Səhifə > Güney Press / Manşet > Bakı Avrasiya Universiteti: Tələbələr fəryad edir
Bakı Avrasiya Universiteti: Tələbələr fəryad edir3-11-2014, 16:14 |
![]() Editor.az-ın redaksiyasında Bakı Avrasiya Universitetinin tələbəsi tərəfindən şikayət məktubu daxil olub. Universitetdən qovulmayacağına heç bir təminat olmadığı üçün adının çəkilməsini istəməyən tələbə bildirir ki, təhsil aldığı universitetdə rüşvət tüğyan edir: “Bilsəydik ki, oxuyacağımız universitet belədir, burada təhsil yox, “bazar qanunları” tədris olunur, vaxtında səhv edib, heç bu universiteti seçməzdik. Məhz elə buna görə də, hazırda heç kim Bakı Avrasiya Universitetini seçmir. Abituriyentlər bu universitetə qəbul olmaqdansa, kolleci üstün tuturlar. Heç olmasa kolleci bitirib, müəyyən savad əldə edərlər, həm də əsəbləri tarıma çəkilməz. Bizdə salamı belə pulla alırlar. Qış, yaya smestr imtahanlarından tutmuş, qaiblərə qədər pul istəyirlər. Uşaqlardan biri xəstələnmişdi, poliklinikadan arayış gətirmişdi. Dekan açıq şəkildə dedi ki, mənə arayış lazım deyil, istəyirsən get lap Səhiyyə Nazirliyindən arayış gətir, pulunu verməsən, qaiblər silinməyəcək. Bilmirik dərdimizi kimə deyə, hara şikayət edək? Dekanlar açıq şəkildə deyir ki, bizim rektor arxalı adamdır, heç kimi saya salmır, kim pul verməsə, qovulacaq. Buradan üzümüzü Təhsil Naziri Mikayıl Cabbarova tutub, Bakı Avrasiya Universitetində nizam-intizam yaratmağa, yox əgər bu baş tutmasa, bizi digər universitetlərə köçürməyə çağırırıq”. Qarşı tərəfində mövqeyini işıqlandıra bilərik… Geri qayıt |