Əsas Səhifə > Güney Press / Ana xəbər > 25 evi su basıb; sakinlər dama çıxıb FHN-dən kömək gözləyir
25 evi su basıb; sakinlər dama çıxıb FHN-dən kömək gözləyir3-11-2014, 11:20 |
![]() Binəqədi rayonu, Xocahəsən qəsəbəsində evləri su basıb. Sakinlər Fövqəladə Hallar Nazirliyinə, rayon İcra Hakimiyyətindən kömək gözləyir: “Yağış yağdı, evlərimizi su basdı. Fövqəladə Hallar Nazirliyindən kömək istəmişik. Elə evlər var ki, sakinləri suda boğulmamaq üçün damlara çıxıblar. Uşaqlar məktəbə gedə bilmir, bir uşaq yolun kənarındakı su dolu xəndəkə düşüb”. Bu həyəcanlı xəbəri redaksiyamıza verən sakinlərdən biri deyib ki, həmin uşağı sudan yoldan ötənlər çıxarıb: “Bədbəxt hadisə olacaqdı. Yaxşı ki, yoldan keçən olub. Buralarda qayıqsız hərəkət etmək mümkün deyil”. Qəsəbədəki “Sahil” şadlıq evinin arxasında yerləşən 25 ev davamlı yağıntıdan sonra suyun altında qalıb. Mövzuya qayıdacağıq. \\ musavat.com \\ Geri qayıt |