Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" beynəlxalq rouminq qiymətlərini azaltdı
"Bakcell" beynəlxalq rouminq qiymətlərini azaltdı1-11-2014, 13:39 |
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib. Noyabrın 1-dən etibarən bu ölkədə səfərdə olan "Bakcell" abunəçiləri rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər. Bu kampaniyaya qoşulan abunəçilər bazarda olan ən yaxşı təklifdən istifadə edərək bir meqabayt internet üçün cəmi 0.25 AZN ödəməklə istənilən vaxt “onlayn” olacaqlar. Kampaniya çərçivəsində internetlə yanaşı, zənglərə də böyük endirim tətbiq olunub. Belə ki, CIN və Klass abunəçiləri üçün daxil olan zənglərin dəqiqəsi cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi isə 0.75 AZN təşkil edəcək. Gündəlik xidmət haqqı 0.35 AZN-dir. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir. "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: “Biz abunəçilərimizin Bakcell xidmətlərindən istədikləri yerdə və istədikləri qədər istifadə edə bilmələri üçün rouminq xidmətlərimizi daim təkmilləşdirir, tariflərimizə yenidən baxır, partnyor ölkələrin və operatorların sayını artırırıq. BƏƏ abunəçilərimizin daha çox səfər etdiyi ölkələrdən biridir. Onların burada sərfəli tariflərdən istifadə edə bilməsi üçün biz Azərbaycanda ilk dəfə olaraq internetin qiymətini inanılmaz dərəcədə endirdik, eyni zamanda, səs xidmətlərinə ciddi dəyişiklik etdik. İnanırıq ki, bu təklif abunəçilərimizin ürəyincə olub”. Hazırda “Bakcell” şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatoru ilə rouminq müqaviləsi mövcuddur və onların sayı artmaqdadır. Onu da əlavə edək ki, "Bakcell" abunəçiləri Azərbaycandan kənarda olarkən də öz nömrələrinin balansını artırmaq imkanına malikdirlər. Hazırda Rusiya, Qazaxıstan və BƏƏ-də beynəlxalq balansartırma xidmətindən istifadə etmək mümkündür. Geri qayıt |