Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azəriqaz"da rəis işdən azad edildi

"Azəriqaz"da rəis işdən azad edildi


29-10-2014, 11:24
"Azəriqaz"da rəis işdən azad edildi
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifədən azad edilib. ANS PRESS-in məlumatına görə, bunu Araz Ağayev özü bildirib.

O, sosial şəbəkədə öz təşəbbüsü ilə işdən azad edildiyini bildirib. "Dəyərli dostlar! Hörmətli KİV təmsilçiləri! Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunduğumu nəzərə alın. Hər birinizə işlərinizdə uğurlar arzulayıram".

Geri qayıt