Əsas Səhifə > Güney Press / Ana xəbər > Kooperasiya Universiteti: Ali məktəb, yoxsa bazar subyekti?
Kooperasiya Universiteti: Ali məktəb, yoxsa bazar subyekti?28-10-2014, 12:19 |
![]() Editor.az-ın redaksiyasında Azərbaycan Kooperasiya Universitetinin bir qrup tələbəsi tərəfindən şikayət məktubu daxil olub. Universitetdən qovulmayacaqlarına heç bir təminat olmadıqları üçün adlarını çəkmək istəməyən tələbələr bildirir ki, oxuduqları ali məktəbdə “şirinlik” ödəmədən ən elementar problemlərini belə həll edə bilmirlər. “Biz oxumaq üçün rayondan Bakıya gəlmişik. Burada onsuzda bizim xərclərimiz çoxdur. Dörd nəfər bir yerdə, rahat olmayan şəraitdə yaşamağa məcburuq. Ayda 100 manat kirayə haqqı ödəyirik. Ümumilikdə hər ay 300 manat pul xərcləyirik. İldə bir neçə min manat təhsil haqqı ödəyirik. Valideynlərimiz elə də imkanlı deyil. Bu qədər pulu güclə düzəldib, bizə göndərirlər. Bu xərclərin üstünə imtahan pullarını da əlavə etsək, fantastik rəqəm alınır. Kooperasiya Universitetində elə bir məqsədli şərait yaradılıb ki, tələbələr oxumağa meylli olmasın. Onları ruhdan salmaq üçün bütün variantlara əl atılır. İmkanlı ailədən olan tələbələrə xüsusi münasibət var. Universitet rəhbərliyi müəllimlərə təlimat verib ki, tələbələri oxumağa yox, pul verməyə öyrədin. Burada rüşvəti leqallaşdırmaq üçün unikal yol tapıblar. Dördüncücü kursa qədər təhsil alan bütün tələbələrin əksəriyyəti kəsilib. Elə qruplar var ki, orada oxuyanların hamısı kəsiliblər. Burada məqsəd tələbələrdən pul qoparmaqdır ki, Boloniya sistemində də kəsrdən sonra bunu etmək heç də qeyri-qanuni sayılmır. Çünki bu sistemə əsasən kəsilən tələbə kəsrə görə 160 manat pul verməlidir. Qrupda oxuyan 20 tələbədən ən azı 18-i imtahanda pul verməyə, bu yolla kəsrlərdən yaxa qurtarmağa çalışırlar”. Xatırladaq ki, Təhsil Nazirliyinin ali məktəblərdə apardığı yoxlamalar zamanı ən çox rüşvət alınan universitetlər sırasında Azərbaycan Kooperasiya Universiteti ilk yerlərdən birini tutmuşdu. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |