Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Şəhər Maliyyə İdarəsi rəisinin yeni iqamətgahı

Bakı Şəhər Maliyyə İdarəsi rəisinin yeni iqamətgahı


27-10-2014, 16:07
Bakı Şəhər Maliyyə İdarəsi rəisinin yeni iqamətgahı
Məşhur В«91-lər HərəkatıВ»nın üzvü Həsən Mirzəyevin kürəkəninin tikdiridiyi bu iqamətgah qonşulara problem yaradıb, şikayətçi Prezidentdən kömək istəyir
Məşhur В«91-lər HərəkatıВ»nın üzvü, keçmiş deputat, hazırda Binəqədi rayon Ağsaqallar Şurasının sədri Həsən Mirzəyevin kürəkəni haqda maaraqlı məlumat var.
Həsən Mirzəyevin kürəkəni olan Bakı Şəhər İcra Hakimiyyətinin Maliyyə idarəsinin rəisi Elçin Əliyev Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsində tikdirdiyi 7 mərtəbəli şəxsi iqamətgahı ilə bağlı qonşularına ciddi problemlər yaratmaqla bərabər, həm də tikinti qanunvericiliyini kobud şəkildə pozub. Bu barədə isə Elçin Əliyevin qonşusu Əli Mahmud oğlu Əkbərov müxtəlif saytlara şikayət edib.
Onun qafqaznews.az saytı vasitəsiylə prezident İlham Əliyevə yazdığı şikayət məktubuna diqqət edək:
“Möhtərəm Prezident!
Məlumat üçün bildirirəm ki, uzun illərdir ki, mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram. Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başlamışdır. Xeyli müddətdir ki, həmin tikilinin inşası davam edir və tikilinin inşası zamanı biləvasitə mənim mülkiyyət hüququm və eyni zamanda qonşuluq hüququm pozulur.
Belə ki, Əliyev Elçin Rəhim oğlu həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirir. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına riayət etmədən, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun bu məsələnin könüllü şəkildə həll olunmasını ona təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozmuşdur.
Cənab Prezident!
Əliyev Elçin Rəhim oğlu Bakı Şəhər İcra Hakimiyyətində Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışır və tikintinin təyinatını nəzərə alsaq həmin qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə vardır. O qazanc əldə etmək məqsədi ilə inşa etdirdiyi binanı istifadəyə verdiyi andan öz mülkiyyətimdən istifadə etmək hüququm tam məhdudlaşdırılacaq. Bununla bərabər həmin binanın yerləşdiyi ərazidə çoxlu sayda eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evləri mövcuddur. Həmin evlərin cərgəsində yerləşən bu bina ərazinin memarlıq üslubuna uyğunluğunu tamamilə pozur. Bundan başqa qeyri-yaşayış binasını gələcəkdə təbiİ qaz təchizatı ilə təmin edəcək xətlər yer altı aparılmışdır. Bu da bir başa real təhlükənin baş verməsinə səbəb ola biləcək əsas amillərdən biridir. Digər tərəfdən həmin qeyri-yaşayış binasının su təchizatını təmin edəcək su anbarı Nəsimi metro stansiyasının üst hissəsində tikilmiş, həmçinin həmin bina Bakı şəhəri kanalizasiya kollektorunun üstündə inşa olunmuşdur. Bu da sözsüz ki, öz-özlüyündə təhlükəli amillərdən biri hesab olunur.
Bununla bərabər qeyri-yaşayış binasının evimə yaxın məsafədə tikilməsi təhlükəsizlik baxımından qanuna tam ziddir. Çünki istər yaşayış, istərsə də qeyri-yaşayış binalarında hər an yangın təhlükəsinin baş verməsi qaçılmazdır. Lakin həmin bina ilə evimin ara məsafəsi baş verə biləcək yangın təhlükəsinin qarşısını almaq üçün yanğın söndürən maşınların girişi və hərəkəti üçün tam əlverişsizdir. Belə olan halda gələcəkdə yanğın təhlükəsi baş verə biləcəyi zamanı həmin təhlükənin qarşısının alınması üçün müəyyən şəraitin mövcud olmaması real təhlükənin baş verməsinə yol açır. Bundan başqa qeyri-yaşayış binası evimə düşən günəş şüasının qarşısını alır və bu da gələcəkdə evimin rütubətli olmasına gətirib çıxara bilər. Sözsüz ki, rütubətli evdə yaşamaq insan sağlamlığına ciddi ziyandır. Lakin göründüyü kimi bu vəziyyət və eyni zamanda gələckdə yarana biləcək hər hansı bir xoşagəlməz hadisə qətiyyən Elçin Əliyevi maraqlandırmır. Onu yalnız gələcəkdə qeyri-yaşayış binasından əldə edəcəyi gəlir düşündürür. Bütün bu qeyd olunanlara baxmayaraq bir Azərbaycan vətəndaşı kimi ümidim Sizədir.
Cənab Prezident!
Qeyd etdiklərimi nəzərə alaraq, Əliyev Elçin Rəhim oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında qanunsuz inşa edilən qeyri-yaşayış binasının inşasının dayandırılması və eyni zamanda, mövcud tikilinin sökülməsi barədə aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəmВ».
Onu da xəbər verək ki, Elçin Əliyevin yeni iqamətgahı hansı məqsədlə tikdirməsi haqda da olduqca ilginc iddialar yayılıb. Hətta bu məsələdə onun deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovun (Elçin Əliyevlə Kazımovların qohumluq əlaqələrinin olduğu da bildirilir – Mia.az) rəhbəri olduğu İpoteka Fondu ilə şübhəli işbirliyi haqda da maraqlı xəbərlər var.
Bu və ya digər məlumatlarla bağlı araşdırmaları yaxın günlərdə oxuya bilərsiniz!
Yazıda adları hallanan şəxslərin mövqeyini də dinləməyə hazırıq. (mia.az)

Geri qayıt