Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər Azərbaycanlı girovları mühakimə edirlər

Ermənilər Azərbaycanlı girovları mühakimə edirlər

27-10-2014, 15:45
Ermənilər Azərbaycanlı girovları mühakimə edirlər
Oktyabrın 27-də işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə etməyə başlayıb. Proses Xankəndidə keçirilir.

“Media forum” saytı bildirir ki, işğalçı rejim bu iki azərbaycanlını iyul ayında girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb. İddia olunur ki, Həsən Həsənov iyulun 11-i Kəlbəcərdə bir ermənini öldürüb, birini yaralayıb və özü də həlak olub.

İşğalçılar iddia edir ki, hər üç şəxs Kəlbəcərə iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə keçib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə 17 yaşlı ermənini öldürmək ittihamı irəli sürülüb.

Həsən Həsənovun nəşi qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

Geri qayıt