Əsas Səhifə > Güney Press / Ana xəbər > Veteranlar Səlim Müslümovun səmimiyyətinə inanmırlar
Veteranlar Səlim Müslümovun səmimiyyətinə inanmırlar27-10-2014, 09:39 |
![]() 24 oktyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ( ƏƏSMN ) keçirilən iclasda nazir Səlim Müslümov bildirib ki, son 9 ayda rayonlarda 172 müharibə veteranı və şəhid ailəsinə mənzil verilib. Nazirin sözlərinə görə, ilin axırınadək regionlarda daha 198 müharibə veteranı və şəhid ailəsinə mənzil veriləcək. Səlim Müslümov onu da qeyd edib ki, prezidentin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən 1 yanvar 2014-cü ilədək mənzil növbəsində duran 5731 əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzillə təmin olunacaq. ( SalamNews ). Müstəqil və müxalifət mətbuatında tez-tez əlil və şəhid ailələrinə mənzil verilərkən məmurların rüşvət tələb elədiyi barədə yazılar dərc olunur. Əlil və şəhidlərə mənzil verilərkən şəffaflıq prinsipi gözlənilirmi? “Qarabağ Qaziləri” Birliyinin rəhbəri Etimad Əsədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, ƏƏSMN özü əlil və şəhid ailələri üçün ev tikir. Sədrin fikrincə, mənzilin bölgüsündə şəffaflıq prinsipi tam gözlənilir. Etimad Əsədov onu da bildirib ki, əlillər və şəhid ailələri rayon icra hakimiyyətlərinin tərtib elədiyi güzəştli mənzil növbəsinə dururlar: “ Bu siyahı nazirliyin saytında yerləşdirilir. Və hər bir müharibə əlili mənzilin bölgüsünü saytda izləyə bilir”. “Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev isə Etimad Əsədovun dediklərini inkar elədi: “ ƏƏSMN ümumiyyətlə mənzi tikmir. Nazirlik hazır binalardan mənzil almağa üstünlük verir. Həm də əvvəllər mənzil bölgüsünü mənzil komissiyası həyata keçirirdi. Və həmin komissiyada əlil və şəhid ailələrinin maraqlarının təmsilçiləri var idi. Ancaq hazırda həmin komissiyanın fəaliyyəti barədə bizdə məlumat yoxdur”. Geri qayıt |